Modern.az

Həsən Həsənovun öldürüldüyünün təsdiqlənməsi atasının vəziyyətini pisləşdirdi

Həsən Həsənovun öldürüldüyünün təsdiqlənməsi atasının vəziyyətini pisləşdirdi

Aktual

24 İyul 2014, 13:16

Kəlbəcərdə ermənilərin girov götürdüyü Həsən Həsənovun ölüm xəbəri “Dövlətqaçqınkom” tərəfindən yayılan məlumatda təsdiqləndikdən sonra onun atası Fərman Həsənovun vəziyyəti pisləşib.

Bu barədə Modern.az-a ailənin yaxınları məlumat verib.

Məlumatda bildirilir ki, həkimlər Fərman Həsənovun tam sakit şəkildə saxlanılmasını məsləhət görüblər. Ailə üzvləri isə Həsənlə bağlı danışmaq istəmir və  onun hələ  də sağ olduğuna dair ümidlərini itirmirlər.

Qeyd edək ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi 18 gün əvvəl girov düşən Həsən Həsənovun ermənilər tərəfindən öldürüldüyünə dair bu gün rəsmi xəbər yayıb.

Gülşən RAUFQIZI

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü