Modern.az

Dini Komitənin sədri: “Bakıda 30 mindən çox erməni yaşayır"

Dini Komitənin sədri: “Bakıda 30 mindən çox erməni yaşayır"

Təhsil

1 Sentyabr 2014, 12:48


“Biz kifayət qədər yüksək səviyyədə mədəniyyətlərarası dialoq təşkil etmişik. Azərbaycan tolerantlıq məkanıdır. Ermənistanın bizim ölkəmizin 20 faizini işğal etməsinə baxmayaraq, bu gün Bakıda 30 mindən çox erməni yaşayır”.
Modern.az saytının məlumatına görə, bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədfri Mübariz Qurbanlı Bakıda “Mədəniyyətlərarası dialoq: mədəniyyət və din arasında qarşılıqlı əlaqə” mövzusunda keçirilən tədbirdən sonrakı mətbuat konfransında deyib.

Avropa Şurasının Baş katibinin müavini Qabriellla Battaini Dragoni isə bildirib ki, bu tədbirin keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasına təşəkkür edir.

“Azərbaycan hər iki idən bir belə forumlar keçirtməklə mədəniyyətlərarası problemləri müzakirə etməyə şərait yaradır. Bu gün burada müxtəlif dini qrupların müzakirə etdiyi mövzular sırf dinlərlə bağlıdır. Bəzi insanlar üçün din əhəmiyyətli yer tutut, bəziləri üçün isə din əhəmiyyətli deyil. Onu vurğulamaq istərdim ki, Avropa Şurasında nifrətdən azad bir kampaniya həyata keçiririk. Çox şadam ki, Azərbaycanın da iştirakı ilə bir tədbir təşkil edəcəyik”.

Məltəm Talıbzadə

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır