Modern.az

Azərbaycana keçən daha bir erməni tutulub

Azərbaycana keçən daha bir erməni tutulub

Təhsil

2 Sentyabr 2014, 01:24


Avqustun 26-da Ermənistan Respublikasının vətəndaşı, 1961-ci il təvəllüdlü Ananyan Sarkis Norikoviç Azərbaycan-Ermənistan dövlət sərhədini pozaraq qeyri-qanuni olaraq ölkəmizin ərazisinə keçib.
Könüllü olaraq Qazax rayonunun Kəmərli kəndi istiqamətində ərazimizə keçərkən S.Ananyan müdafiənin ön xəttində yerləşən Silahlı Qüvvələrimizin bölmələri tərəfindən saxlanılıb.

Modern.az saytı Azərbaycan Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, ilkin araşdırma nəticəsində məlum olub ki, Ermənistan Respublikasının Noyemberyan rayonundan olan S.Ananyan ölkəsindəki sosial vəziyyətin agırlığından, şəraitsizlikdən və səfalətdən narazıdır. O, bildirib ki, 10 yaşından sol ayağında problemlər olduğuna görə təhsildən və hərbi xidmətdən kənarda qalıb.
Dolanışığı çətin olduğuna görə həmişə muzdlu əməklə məşğul olub. Ölkəsindəki çətin durumdan bezdiyini deyən erməniyə görə, sosial vəziyyət o həddə çatıb ki, onun həmkəndlilərinin əksəriyyəti Azərbaycana keçmək, burada sığınacaq tapmaq niyyətindədirlər.

Saxlanılan Ermənistan Respublikasının vətəndaşı hazırda həkimlərin nəzarəti altındadır və onunla beynəlxalq hüquq normaları tərəfindən təsbit edilmiş qaydalar çərçivəsində davranılır.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır