Modern.az

Litvalı deputatlar Qarabağda qondarma tədbirlərdə iştirak edir

Litvalı deputatlar Qarabağda qondarma tədbirlərdə iştirak edir

Təhsil

2 Sentyabr 2014, 12:23


Dağlıq Qarabağdakı separatçı rejimin “xarici işlər naziri” Karen Mirzoyan Litva parlamentinin deputatları ilə görüşüb.  

Modern.az saytı erməni mətbuatına istinadən xəbər verir ki, Karen Mirzoyan Litva Seyminin (parlament) deputatı Kuodite Daliayın başçılıq etdiyi nümayəndə heyəti ilə bir sıra məsələləri müzakirə edib.  

Müzakirələr zamanı qondarma qurumla Litva arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyindən söz açılıb. Bununla yanaşı, bir sıra layihələrin həyata keçirilməsi perspektivindən də danışılıb.  

Litvalı deputatlar separat,ı rejimin “parlament sədri” Aşot Qulyanla da görüşüb.  Aşot Qulyan nümayəndə heyətinin rəhbərinə Dağlıq Qarabağdakı separatçı hərəkatın başlanmasının  25 illiyi münasibəti ilə “xatirə medalı” da verib.  

1991-ci il sentyabrın 2-də Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki erməni separatçılar qanunsuz olaraq özlərinin “müstəqilliklərini” elan ediblər.

Litvalı deputatlar da “müstəqillik” günü ilə əlaqədar Azərbaycanın işğal altındakı torpaqlarına qanunsuz səfər ediblər. Separatçı qurumda keçirilən tədbirlərdə Ermənistan prezidenti Sej Sərkisyan da iştirak edir.  

Aqşin Kərimov  

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü