Modern.az

“AŞPA-da cəbhədəki gərginliklə bağlı məruzə hazırlanacaq” – AÇIQLAMA

“AŞPA-da cəbhədəki gərginliklə bağlı məruzə hazırlanacaq” – AÇIQLAMA

Təhsil

2 Sentyabr 2014, 22:59


Bu gün  Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Parisdə keçirilən Büro iclasında Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi ilə bağlı qətnamə layihələri üzrə məruzəçi təyin olunması məsələsinə baxılıb.

Bu barədə Modern.az-a Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, deputat Elxan Süleymanov məlumat verib. Elxan Süleymanovun sözlərinə görə Büro böyük səs çoxluğu ilə onun müəllifi olduğu qətnamə layihələrini məruzəçi təyin olunması üçün Siyasi Komitəyə göndərib.

Deputat bildirib ki, məruzə  "Dağlıq Qarabağda və Azərbaycanın digər işğal edilmiş ərazilərində gərginliyin artması" adı ilə yazılacaq.  

Modern.az  

 
Whatsapp
Bizə yazın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı