Modern.az

Saakaşvili: “Rusiya Qərbə qalib gələ bilməz”

Saakaşvili: “Rusiya Qərbə qalib gələ bilməz”

Təhsil

4 Sentyabr 2014, 23:11

Rusiyaya qarşı sanksiyalar təsirini göstərir, ancaq Qərbin Rusiyada dəyişikliyə zəmin yaratmaq üçün digər sanksiyalar da qəbul etmək lazımdır. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ukrayna məsələsi ilə bağlı BBC World-a Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili xüsusi bəyanatında bildirib. O, Qərbin Rusiyaya qarşı təzyiq vasitələrindən danışaraq qeyd edib ki, sanksiyalar sonda böyük dəyişikliklər üçün zəmin yaradacaq. Bundan əlavə, Saakaşvili Gürcüstanla paralellər apararaq bəyan edib ki, Putin hər iki ölkədə müstəqilliyi və uğurları öldürmək istəyib: “Rusiya Ukraynada demokratiya ideyasını və ölkənin istənilən uğurunu öldürmək istəyir. Onun Gürcüstandakı uğurlar və islahatlarla bağlı bənzər istəyi olub. Biz bir tərəfdən Qərbin dəstəyini görürük, digər tərəfdən Qərbin hələ çox təsir imkanları var. Məsələn, iqtisadi, Rusiya Avropaya qalib gələ bilməz”.

Modern.az

 
Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır