Modern.az

ABŞ dövlət katibi Azərbaycan və Ermənistan prezidentlərini görüşdürüb

ABŞ dövlət katibi Azərbaycan və Ermənistan prezidentlərini görüşdürüb

Təhsil

4 Sentyabr 2014, 23:15
 
Uelsdə Azərbaycan prezidenti İlham Əliyev, ABŞ-ın dövlət katibi Con Kerri və Ermənistanın dövlət başçısı Serj Sərkisyan arasında üçtərəfli görüşü keçirilib. Modern.az xəbər verir ki, görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqların hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb. 

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev dün Böyük Britaniyada NATO-ya üzv və tərəfdaş olan dövlət və hökumət rəhbərlərinin toplantısında iştirak edib.

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü