Modern.az

Bakılı heyvansevərlər Hacıbala Abutalıbovu məhkəməyə verib

Bakılı heyvansevərlər Hacıbala Abutalıbovu məhkəməyə verib

Təhsil

17 Sentyabr 2014, 10:21


Sentyabrın 19-da, saat 15:30-da Nəsimi rayonunun 1 saylı inzibati iqtisadi məhkəmə binasında məhkəmə qurulacaq. Bu məhkəmədə Baki Şəhər İcra Hakimiyyəti  qanunsuz olaraq, günün günorta çağında, uşaqların gözü qarşısında sahibsiz heyvanların güllələnməsinə icazə verdiyinə görə ittiham olunacaq.
Modern.az saytının xəbərinə görə, bu haqda məlumat verən Elxan Mirzəyev və Anar Süleymanov bildiriblər ki, Bakı meriyası bir qrup heyvansevər tərəfindən məhkəməyə verilib.

“Azərbaycan dövləti  2007-ci  ilin may ayında ölkə başçısının sərəncamı ilə "Ev heyvanlarının mühafizəsi haqqında"Avropa Konvensiyasına qoşulub.  2011-ci ilin mart ayında isə Azərbaycanın Nazirlər Kabinetı sahibsiz heyvanları qoruyan qanun qəbul edib. Bu 38 saylı qanuna əsasən, heyvanlara işgəncə vermə və ya öldürməyə görə inzibati cəza - 500 manatdan başlayaraq cərimə - nəzərdə tutulub”.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü