Modern.az

Ermənistanda şagird qıtlığı yaranıb - STATİSTİKA

Ermənistanda şagird qıtlığı yaranıb - STATİSTİKA

Təhsil

17 Sentyabr 2014, 12:19


Ermənistan Milli Statistika Xidməti “2013-cü ildə Ermənistan Respublikasında sosial vəziyyət” adlı hesabat dərc edib.

Modern.az-ın Ermənistan KİV-lərinə istinadən verdiyi xəbərə görə, hesabatda göstərilir ki, 2013-2014-cü tədris ili üçün ölkənin orta təhsil müəssisələrində 360,5 min şagird oxuyur. Halbuki, bu məktəblər 664,6 min nəfər üçün nəzərdə tutulub. Hesabatdan belə bir qənaətə gəlmək olar ki, Ermənistanda 304 min şagird yeri (mərkəblərin yarısından çoxu) boşdur.

Statistikaya görə, 10 il əvvəl məktəblərdə oxuyan şagird kontingenti 1,4,  yaxud 141,4 min nəfər çox idi. Göstəricinin aşağı düşməsini erməni ekspertləri əhalinin kütləvi mühacirəti və doğum göstəricisinin aşağı düşməsi ilə əlaqələndirirlər. 

Hesabatda qeyd edilir ki, g2001-2002-ci illərdə ölkəni 9,6 min, 2002-2003-cü illərdə 4,7 min və 2003-2004-cü tədris ilində 3 min şagird tərk edib. 2013-cü ildə isə 5,5 min şagird ailəsi ilə birlikdə Ermənistandan gedib. Bundan başqa, statistik məlumatlarda şagird çatışmazlığı səbəbindən Ermənistanda 38 məktəbin bağlandığı göstərilir.    

Modern.az  

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır