Modern.az

“Azəriqaz”dan abonentlərə xəbərdarlıq: “Terminallarından istifadə etməyin!”

“Azəriqaz”dan abonentlərə  xəbərdarlıq: “Terminallarından istifadə etməyin!”

Təhsil

12 Dekabr 2014, 23:57

ARDNŞ-nin “Azəriqaz” İstehsalat Birliyi bütün abonentlərinə xəbərdarlıq edir.

“Azəriqaz”ın İctimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə, respublika üzrə “Modenis” MMC-yə məxsus E-manat və “Komtec” LTD-yə məxsus MilliÖN ödəmə terminallarının server sistemində yeni avadanlıqların quraşdırılması həyata keçirildiyi üçün bu gün saat 22:00-dan etibarən 13.12.2014-cü tarixdə saat 01:00-dək təbii qazdan istifadə məqsədi ilə smart-kart tipli qaz sayğaclarına pul yüklənilməsi üçün aparılan əməliyyatlarda 3 saatlıq fasilələr yaranacaq.

Qeyd olunan zaman ərzində abonentlərdən ödəniş etməmələri xahiş olunur.

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır