Arxiv
16 Dekabr 2014, 11:43 | AKTUAL
Bəstəkar Çilənay Hüseynova: “Mən dinləyəndən çox, anlayan üçün yazıram!” - MÜSAHİBƏ

“Sənət aləmində ən yaxın dostum anamdı”


Əslində bu müsahibəni onun mediaya ilk çıxışı da saya bilərik. Yazdığı mahnılar geniş yayılsa da, sevilsə də, o, öz xarakterindən irəli gələn bir özəlliklə, zamansız və gərəyindən artıq məhşurlaşmağı, reklam olunmağı istəmir. Bununla belə, bizim suallarımızı cavablandırmaq qərarını birlikdə verdik. Müsahibimiz gənc bəstəkar Çilənay Hüseynovadır.
Modern.az saytı “Türküstan” qəzetinin bəstəkarla  söhbətinin təqdim edir.

- Çilənay Hüseynova adını daha çox bəstələdiyi və demək olar ki, hamı tərəfindən sevilən mahnıları ilə tanıyırıq. O üzdən ilk suala özünüz haqqında  bilgi öyrənmək haqqında olacaq.

-  Mən 11 il Bulbul adına Orta İxtisas Musiqi Məktəbinin fortepiano sinifini bitirmişəm. Sonra Bakı Musiqi Akademiyanının Tarixi nəzəriyyə fakültəsinə qəbul olmuşam. Oxuduğum müddətdə ikinici ixtisas kimi vokaldan dərs almışam. 4 il xorda oxumuşam. Drijorluqdan dərs almışam. Bu da musiqi sahəsində hərtərfli inkişafıma təkan olub.

-  Bəstəkarlıq qabiliyyətinizi nə zaman kəşf etdiniz və ilk işiniz hansı mahnı oldu?

- Hələ məktəbdə oxuyarkən, kiçik həcmli əsərlər yazırdım. Bəzən, elə olurdu, bu bir sətir olurdu. Bəzən daha çox. Hal-hazırda da o arxiv not dəftərlərimdə qalır. Hərdən açıb baxıram. Amma mahnı janrına müraciət etməmişdim. Bir dəfə hörmətli sənətkarımız Şəmistan Əlizamanlı  Nizami Muradoğlunun yanında dedi ki, Çilənay xanımın çox gözəl əsərləri var. Nizami müəllim təsadüf nəticəsində gözlənilmədən cibindən bir kağız çıxardı və mənə dedi ki, bu şeirə evdə baxarsınız. Məndə gətirdim baxdım. Amma bilirsiniz ki, yaradıcı işlər planlamanı sevmir. Gərək zamana buraxasan. Üstündən bir qədər vaxt keçdi, mən piano qarşısında bu şeirə bir də baxdım. Və “Dunyada varkən yanımda  yoxsan” mahnısı yarandı. Sonra zamanla “Eşq bir sirdi”, bir gəncin vaxtsız ölümünə ithaf olunmuş “Qurban” mahnısı, daha sonra “Naxçıvan” , “Aylı gecə” və digər mahnılar ərsəyə gəldi. Hal-hazırda da bir sıra mahnılar yazılıb, amma uzə çıxmayanları da var. Nizaməddin Şəmsizadənin sözlərinə “Leytenant”, Almaz Ildırımın sözlərinə “Bayatılar”, Kamilə Dönməzin sözlərinə sözlərinə “Niyə belə qəmlisən?”, Elman Əliyevin sözlərinə “Sevirəm”, Hüseyn Bağıroğlunun sözlərinə “Naxçıvan”, Hüseyn Arifin sözlərinə “ Sən mənimlə get”, Qənirə Paşayevanın sözlərinə “Sənsizlik” mahnılarını qeyd edə bilərəm.

- Bizlər üçün bəstələrinizin başında “Eşq bir sirdir” mahnısı gəlir.  “Üşüyürəm sənsizlikdən əzizim”, “Dünya varkən, ...” mahnıları da kifayət qədər populyardır. Təbii ki, mahnılarda sözlər şairi, şairin yaşantılarını ifadə edir. Bəs, sizi ifadə edən - musiqinizdəki özünəməxsus sehrin, yanğının bir sirri, qaynağı varmı?

- Əlbəttə. Qaynağı odur ki, mənim təbiətimdən irəli gələn özəlliklər mahnıların ruhuna hopur. Tək musiqini yox, həyatın bütün  gözəlliklərini sevib, qiymətləndirməyi bacaran insanam.  Bunu da müraciət etdiyim musiqilərdə çalışıram göstərim. Musiqisiz həyatl təsəvvür etmək olmaz. Musiqi, gözəllik , sevgi - bunlar bir-biri ilə sıx bağlıdır. Ümumiyyətlə,  həyatı sevməyən bir insan necə gözel musiqilər yazib yarada bilər? Tək musiqi yox, bütün sahələrdə. Qəlbi daşdan olan bir insan, ruha  zövq verən əsər yarada bilməz. İstər şeir olsun, istər mahnı. Yazsa da onu oxuyan olmaz. Allah insanların qəlbindən sevgi hissini heç zaman əksik etməsin. Amin!

- Böyük səs sənətçimiz Nuriyyə Hüseynovanın qızısınız. Bəri başdan deyim ki, ananıza çox bənzəyirsiz. Bəs, səs baxımından necə, Nuriyyə xanımdan sizə yansıma varmı? Oxuyursunuzmu? Ümumiyyətlə, qarşıda bəstələrinizdən özünüzün də oxumağınızı düşünürsünüzmü?

- Mən 5-6 yaşımdan oxuyuram. Atam hemişə getdiyimiz yerdə məni, qardaşımı oxudurdu. Amma biz də uşaq idik deyə, hemişə buna etiraz edirdik... Çoxlu lent yazıları var arxivdə. Evdə həmişə ad günlərində, bayramlarda, başqa əlamətdar günlərdə oxuyardıq. Anam fortopianoda  müşaiyət edərdi. Hal-hazıda mən öz bəstələrimi televiziyada oxumasam da, yeri düşəndə tədbirdə, yığıncaqda ifa edirəm. Yaxşı da qarşılanır. Hərdən belə də deyirlər ki, heyf o səsdən, özün oxumursan. Deyirlər ki, mahnılarını özün oxu. Amma düşünürəm ki, hər şeyin zamana ehtiyacı var, vaxt gələcək o da olacaq. Mənim aləmimdə əgər istedad varsa, onu gizlətmək mümkün deyil. Gec-tez üzə çıxacaq. Reklama meyl edənləri  anlamaq olar. Amma mən narahatçılıq keçirmirəm. 10 nəfər də məni dinləsə, mənə bəs edər. Əsas odur, anlasın. Belə də deyə bilərik ki, mən dinləyəndən çox, anlayan üçün yazıram.



- Yeri gəlmişkən, Nuriyyə xanımı bir ana, bir qadın, bir ifaçı kimi necə xarakterizə edərdiniz? Maraqlıdır sizin dilinizdən...

-  Mənim anam sadəcə mükəmməl bir qadındır.

- Açıq deyək ki, özünüzü, işinizi elə də reklam etmədiyinizə görə indiyədək daha çox həvəskar bəstəkar təsiri bağışlayırsınız. Gələcəklə bağlı nə düşünürsünüz? Bəstəkarlığa, aktiv musiqi həyatına gəlmək istəyiniz varmı? Yoxsa, ...

- Qeyd etdiyim kimi, mən ali təhsilli bir musiqiçiyəm,  Bakı Musiqi Akademiyasını bitirmişəm. Özümü tam professional sayiram. Sadəcə,  reklama və məhşurlaşmağa meylim, marağım yoxdur. Yazdıqlarımın da heç biri gündəm musiqisi kimi nəzərdə tutulmayıb. Tarixin yaddaşına həkk olunan musiqilərdi. Çünki səbəbi, milli və xalq musiqisindən qaynaqlanır.

- Almaz İldırımın sözlərinə yazdığınız, Nuriyyə xanımın oxuduğu “Bayatılar”ı bir daha dinlədim bu günlərdə. Sevgi mövzusu ilə yanaşı, milli duyğulu mahnılar da yaradıcılığınızda yer alır. Bu hissinizin mənsub olduğunuz ailə mühitindən, el-obadan gəldiyini şəxsən mən bilirəm. Necə bilirsiniz, çağdaş musiqimizdə millilik, milli çağırış yetərlidirmi?

- Bəli, təbii ki, milli düşüncəmin ailədən gəldiyi çox doğrudur. Bu gün milli musiqimizə ehtiyac çoxdur. Bir millətin milli mənsubiyyəti yoxdursa, mədəniyyəti yoxdursa, o millət yoxa məhkumdur. Kimliyimizi sübut etmək üçün milli və mənəvi dəyərlərimizi qorumaq, həyatımıza tətbiq etmək və dünyaya da təqdim etmək lazımdır.

- Sənət aləmindən kimlərlə dostluq, yoldaşlıq edirsiniz?

- Sənət aləmində ən yaxın dostum anamdı. O mənim üçün həm bir dost,  həm sirdaş, həm bacı, anadı. Mənim ətrafımda rəfiqəm çox olsa da, onlarla daha çox hal-əhval tuturam, ancaq özümə yaxın ən çox anamı bildim. Çünki, həyatda onun qədər güvənəcəyim adam yoxdur .

- Mahnılarınızı daha çox Nuriyyə xanım oxuyur. Daha kimlərin oxumasını istərdiniz?

- Bəli, mahnılarımı anam ifa edib. Ən çox da ona görə ki, mahnılarımın ərsəyə gəlməsində onun rolu böyükdu. Həm də, yanımda belə gözəl ifaçı ola-ola, başqa bir kimsəyə müraciət etməyə ehtiyac duymadim. Elə mahnilarım var ki, anamın tərzi deyil, amma görürəm ki, öhdəsindən  məharətlə gəlir. Eyni zamanda deməliyəm ki, məndən mahnı istəyənlər çox olub, indi də var. Mən özüm tənbəllik edib ləngitmişəm. Elə hazırda da mahnı söz verdiyim ifaçılar var. Amma mahnılar hazır deyil. Düşünürəm ki, bir mahnının uğur qazanmasında ifaçının rolu böyükdü. Ona görə də, çalışıram ki, səsi gözəl olan musiqiçilərlə işləyim. Çünki, mahnı mənim adımdı, istəmərəm uğursuz olsun.


- İstər klassiklərdən olsun, istərsə indikilərdən, hansı bəstəkarı öz ruhunuza yaxın hesab edirsiniz?

- Həm, klassik Avropa bəstəkarlarını, həmçinin Azərbaycan bəstəkarlarını mütəmadi qaydada dinləyirəm. Raxmaninov, Şopen, Bethoven və sair. Üzeyir Hacıbəyli, Qara Qarayev, Cahangir Cahangirov, Ramiz Mirişli və başqa korifeylərimiz çox sevdiyim bəstəkarlardı. Amma son zamanlar Ramiz Mirişli ruhuma daha yaxındı. Mahnılarını çox dinləyirəm.

- Çilənay xanım, mahnılarınızı sevən insanlar üçün qarşıda yeni təqdimatlarınız gözlənilirmi?

- Təbii ki, var. Hal-hazırda son aylarda yazdığım üç mahnı üzərində işləyirəm. Bunlardan ikisi “Bayatı-Şiraz”, biri isə “Segah” üstədir. Düşünürəm ki, uğurlu olacaq. Mahnıların birinin sözləri millət vəkilimiz Qənirə Paşayevanın “İstanbul” şeiridir, ikincisi, Nizami Muradoglunundur. “Durnalar”  və“ Başına döndüyüm” İnşallah, bu işlərim də hazır olandan sonra bütün mahnılarımı içərisinə alacaq disk biraxdırmağı düşünürəm.

- Bu çox gərəkli iş olardı. Biz də sizə yeni-yeni yaradıcılıq uğurları arzu edirik.



ASENA
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Qazaxda ağır qəza: ata və qızı yaralandı 24 Oktyabr 2019, 00:02 Mətbuat konfransına silahlı basqın edildi - VİDEO 23 Oktyabr 2019, 23:46 Yeni XİN rəhbəri təyin olundu 23 Oktyabr 2019, 23:30 NATO-dan çağırış: Ukraynaya hərbi yardımı artırın 23 Oktyabr 2019, 23:14 Azərbaycan-CAR münasibətləri müzakirə edilib 23 Oktyabr 2019, 22:59 Prezident Qarabağ qazisinə ev verdi 23 Oktyabr 2019, 22:47 Gürcü nazir azərbaycanlı gənclərlə görüşüb 23 Oktyabr 2019, 22:31 Rusiya bu ölkələrə 4 milyard dollarlıq silah satıb 23 Oktyabr 2019, 22:14 BMT Baş Assambleyasının prezidenti Bakıda 23 Oktyabr 2019, 21:59 “Son matça qədər mübarizə gedəcək” - Qurban Qurbanov 23 Oktyabr 2019, 21:46 Konstitusiya Məhkəməsi Ali Məhkəmənin qərarını ləğv etdi 23 Oktyabr 2019, 21:32 “Bir qalanın sirri” surdo-tərcümə vasitəsilə nümayiş olunub - FOTO 23 Oktyabr 2019, 21:26 Tovuzdakı ağır QƏZAda ölənlərin sayı artdı - YENİLƏNİB 23 Oktyabr 2019, 21:14 Elmar Məmmədyarov İraqla əməkdaşlığı müzakirə etdi 23 Oktyabr 2019, 20:59 “Avropa İttifaqının tələsik bəyanatı həqiqəti əks etdirmir” - PA rəsmisi 23 Oktyabr 2019, 20:45 Trampdan Türkiyəyə dəstək: sanksiyalar ləğv edildi 23 Oktyabr 2019, 20:29 Ölkə başçısı Ramiz Mehdiyevi qəbul etdi: “Yaşınız 80-ni keçib.., biz gərək gəncləri irəli çəkək” - YENİLƏNİB 23 Oktyabr 2019, 20:20 “Qarabağ”ın  rəqibi Bakıda qələbəyə iddialıdır 23 Oktyabr 2019, 20:01 Bakı-Şamaxı yolunda "Mersedes" aşdı: xəsarət alanlar var 23 Oktyabr 2019, 19:59 İsmayıllıdakı qəzada xəsarət alan gənclərdən biri vəfat edib 23 Oktyabr 2019, 19:54 "Azərbaycan BƏƏ vətəndaşları üçün mühüm turizm məkanlarından birinə çevrilib" 23 Oktyabr 2019, 19:42 İlham Əliyev İranın Xarici İşlər nazirini qəbul edib 23 Oktyabr 2019, 19:36 Azərbaycan XİN: “Fələstin xalqının yanındayıq” 23 Oktyabr 2019, 19:29 Elmar Məmmədyarov BƏƏ-nin Dövlət nazirinə medal verdi 23 Oktyabr 2019, 19:18 Sumqayıtdakı iy-qoxunun səbəbi bilindi 23 Oktyabr 2019, 19:06 Fuad Muradov Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndələri ilə görüşdü 23 Oktyabr 2019, 18:49 Mirqafar Seyidov əməliyyat müşavirəsi keçirdi 23 Oktyabr 2019, 18:32 Məmmədyarov Əfqanıstanın milli təhlükəsizlik müşaviri ilə görüşdü 23 Oktyabr 2019, 18:28 Məktəblərdə “Kiberməkanda təhlükəsiz davranış mədəniyyəti” mövzusu müzakirə olunur 23 Oktyabr 2019, 18:17 İsveçdə yaşayan soydaşımız səhiyyə komitəsinə üzvü seçilib 23 Oktyabr 2019, 17:55 Azərbaycanda bu nazirliklərin ləğv olunması təklif edildi 23 Oktyabr 2019, 17:51 “Nar” “Canlı kitab” sosial layihəsinə başlayıb 23 Oktyabr 2019, 17:43 İlham Əliyev Mikayıl Cabbarova tapşırıqlar verdi: Bu, çox məsuliyyətli vəzifədir” - YENİLƏNİB 23 Oktyabr 2019, 17:42 Deputat: “XVIII Zirvə Görüşü ölkəmizə mühüm dividentlər gətirəcək”   23 Oktyabr 2019, 17:34 Tramp: “Türkiyə-Suriya sərhədində böyük müvəffəqiyyət əldə olunub” 23 Oktyabr 2019, 17:22