Modern.az

Qışda da yaz havası? - “Bu istilərin ciddi ziyanı yoxdur”: Hidrometeoroloq

Qışda da yaz havası? - “Bu istilərin ciddi ziyanı yoxdur”: Hidrometeoroloq

Aktual

26 Dekabr 2014, 13:54


Qış fəsli olmasına baxmayaraq Bakıda, ümumiyyətlə Azərbaycan ərazisində havalar xeyli isti keçir. Dekabr ayının sonunda qar yağmasa da, havanın hərarətinin müsbət 14-17 dərəcəyə qədər yüksəlməsini insanlar birmənalı qarşılamır. Çoxları bunu anomaliya hesab edir.  
Maraqlıdır, qış fəslində havaların belə isti keçməsini normal hesab etmək olarmı?

“Havaların isti keçməsinin ciddi ziyanı yoxdur. Temperatur iqlim norması daxilindədir. Bəzi günlərdə isə bu normadan 1-2 dərəcə yüksək müşahidə olunur”.

Bunu Modern.az saytına Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova  deyib.

O, qeyd edib ki, hazırda havaların isti keçməsi ilə bağlı tibbi metroloji proqnoz hazırlanır.

Məltəm TALIBZADƏ

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı