Modern.az

Terrorçuların hücum etdiyi satirik jurnalın tirajı 1 milyona qalxdı

Terrorçuların hücum etdiyi satirik jurnalın tirajı 1 milyona qalxdı

Dünya

8 Yanvar 2015, 17:12


“Charlie Hebdo” satirik jurnalının növbəti sayı 1 milyon tirajla çap olunacaq. Modern.az xarici mətbuata isitnadən xəbər verir ki, mətbu orqanın vəkili Riçard Malka bu barədə məlumat verib.

Gələn həftənin çərşənbə günü satışa çıxacaq nömrə ənənəvi 16 səhifə əvəzinə 8 səhifədə olacaq. Terror aktına qədər 60 min tirajla çap olunan “Charlie Hebdo” jurnalının faciədən sonrakı ilk tirajının 1 milyon olacağı bildirilib.

Fasilələrlə 1969-cu ildən çap olunan “Charlie Hebdo” jurnalı solçu mövqedə dayanıb və həftəlik reportajlarında, lətifələrində və karikaturalarında siyasətçiləri radikal sağçıları və müxtəlif dinləri yumoristik yolla tənqid edib. 2006 və 2012-ci illərdə İslam dinini və Məhəmməd peyğəmbəri hədəf alan karikaturalara görə böyük etirazlar və hədələrə məruz qalan redaksiya heyəti elan etdiyi manifestdə faşizm, nasiszm və stalinizmdən sonra islamizmi demokratiyanın əsas təhlükəsi adlandırmışdı.

Yanvarın 7-də “Əl-Qaidə” üzvü olan üç terrorçunun hücumu zamanı jurnalın baş redaktoru Stefan Şarbonye də daxil olmaqla 10 jurnal əməkdaşı və daha 2 polis nəfəri həlak olub.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı