Modern.az

“Girovların “məhkəmə”sindəki “hakim” və “müstəntiq”ə cinayət işi açılmalıdır”

“Girovların “məhkəmə”sindəki “hakim” və “müstəntiq”ə cinayət işi açılmalıdır”

Aktual

23 Yanvar 2015, 14:34

“Azərbaycanlı girovlar indiyədək azad oluna bilərdi, amma...”


“Bir daha qeyd etmək istərdim ki, Dilqəm Əsgərov və Şahbaz Quliyev girov götürülüblər, qondarma məhkəmənin hökmü ilə barələrində qərar çıxarılıb. Çünki Dağlıq Qarabağdakı separatçı rejim heç vaxt müstəqil dövlət olmayıb və Azərbaycan durduqca da ola bilməyəcək”.

Bunu Modern.az-a açıqlamasında “Konstitusiya” Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev “Dağlıq Qarabağda girovluqda saxlanılan azərbaycanlıların azad olunması üçün hansı hüquqi imkanlar var” sualını cavablandırarkən deyib.

O qeyd edib ki, bu məsələdə ən başlıcası beynəlxalq konvensiyaların, humanitar hüquq prinsiplərinin pozulması baş verib:

“Şəxs öz doğma torpağına gedərək valideynlərinin qəbrini ziyarət etmək istəyərkən girov götürülüb.

Məni təəccübləndirən odur ki, ATƏT-in Minsk qrupunun həmsədrləri məsələyə obyektiv reaksiya vermirlər. Avropa Şurası, Avropa İttifaqı, həmçinin ABŞ hər zaman insan hüquq və azadlıqları ilə bağlı ardıcıl fikirlər bildirərəkən, girovlar məsələsində susqunluq nümayiş etdirirlər. Məgər onlar görmür ki, beynəlxalq hüquq normaları pozulur?! Onlar görmür ki, fundamental azadlıqdan məhrumetmə baş verir?! Öz torpağına gedərək öldürülən soydaşımız barədə də eşitmədilərmi?! Hanı insan hüquqları üzrə beynılxalq təşkilatlar?! Hanı iddialı hüquq müdafiəçiləri, niyə səslərini çıxarmır, niyə hesabat hazırlamırlar?!

Burada Azərbaycan vətəndaşına münasibətdə neçə dərəcəli standartlar var, onlara başqa siyasi maraqlar lazımdır ki, səslərini çıxarsınlar”.

Hüquqşünas bildirib ki, bu qurumların susqunluq nümayişi insan hüquq və azadlıqlarına münasibətlərinin göstəricisidir: “Beynəlxlaq konvensiyaların pozulmasında qondarma rejim tərəfindən azərbaycanlıların girov götürülməsindəki susqunluq nümayişi insan hüquqlarının üstündən qalın xətt çəkir”.

Əliməmməd Nuriyev deyib ki, daha ciddi addımlar atmaq üçün Qırmızı Xaç Komitəsi mühüm rol oynya bilər: “Çünki əsir və girovlarla bağlı məsələlərdə onlar daha çox humanitar hüququn təminatçısı rolunda çıxış etmək imkanlarına malikdir. Digər tərəfdən, normal olaraq ATƏT-in Minsk qrupunun həmsədrləri öz funksiyalarına baxsalar, bu məsələ ilə bağlı da adekvat münasibət bildirib o şəxslərin azad edilməsində iştirak edə bilərlər.

Hesab edirəm ki, BMT Təhlükəsizlik Şurası da bu məsələ ilə bağlı münasibət bildirsə, təpkisi olsa, soydaşlarımız tezliklə azad oluna bilər. Düşünürəm ki, Avropa Şurasının “zəhmətkeş” hüquq müdafiəçiləri Azərbaycanla bağlı məsələləri müzakirə etməkdən xoşu gəldiyi üçün bu məsələni də cəsarət edib müzakirəyə çıxarmalıdırlar. Bu qurumlar nə qədər insan hüquqlarına münasibətdə diqqətli olduqlarını Azərbaycana münasibətdə göstərmək imkanından yararlanmırlar.

Nəhayət, mən bu məsələnin beynəlxalq qurumlar tərəfindən deyil, Azərbaycan höküməti tərəfindən həll ediləcəyinə inanıram. Necə ki, Ramil Səfərovu müdafiəsiz qoymadı, bu istiqamətdə də hökümətin ayrı-ayrı qurumları, əsas da ölkə prezindenti bütün vasitələrdən istifadə edərək onların azad olunmasını təmin edəcək. İnanıram ki, məhz przident İlham Əliyevin fəaliyyəti nəticəsində Şahbaz və Dilqəm vətənə geri qayıdacaq”.



Hüquq müdafiəçisi Əvəz Həsənov da Modern.az-a açıqlamasında bu məsələ ilə bağlı şərh verib: “Təəssüflər olsun ki, bu məsələdə hüquqi mexanizmlər bizim xeyrimizə deyil”.

O, qeyd edib ki, məhkəmə formal olaraq qondarma Dağlıq Qarabagda olduğundan heç bir beynəlxalq məhkəmə instansiyası bunu müzakirəyə çıxarmağa cürət etməz: “Bu, eyni zamanda Azərbaycanın da marağında olmaz. Onların azad olunması üçün dövlət ATƏT-in fəaliyyətdə olan sədri və həmsədrlər ilə məsləhətləşməli, onların həbsdə qalmasını Azərbaycanda sülh danışıqlarına inamın azalması, insanları sülhdən yayınmağa sövq edən bir addım olmasını izah etməlidir”.

Hüquq müdafiəçisi bildirib ki, bu məsələdə ən yaxşı köməkçi Rusiya ola bilər: “Eyni zamanda, vasitəçilərin köməyi ilə girovların azad olunmasına çalışmalıdır. Burada ən yaxşı vasitəçi Rusiyadır”.

Millət vəkili, Avronest PA-nın Enerji təhlükəsizliyi komitəsinin həmsədri Fuad Muradov da Dağlıq Qarabağda girovluqda saxlanılan soydaşlarımızın azad edilməsində hüquqi imkanlar məsələsinə toxunub. Modern.az-a bu barədə danışan millət vəkili, “Dağlıq Qarabağda girovluqda saxlanılan soydaşlarımızın azad edilməsi üçün hansı hüquqi imkanlar var” sualını bu şəkildə cavablandırıb.

“Hüquq-mühafizə orqanları Azərbaycan vətəndaşları Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində qondarma “məhkəmə” prosesində özünü “hakim”, “müstəntiq” kimi təqdim edən erməniəsilli şəxslər haqqında cinayət işi açmalıdır. Bunun üçün kifayət qədər sübutlar var. Girovlar üzərində qurulan saxta məhkəmə ilə bağlı yayımlanan videokadrlar buna tam imkan verir. Hər iki azərbaycanlı BMT-nin müvafiq qətnamələri ilə Azərbaycan dövlətinin ərazisi olan Kəlbəcərdə oğurlanıb. Bu isə müvafiq maddə üzrə cinayət işi açmaq üçün yetərlidir. Ermənilərin azərbaycanlı girovları “sərhəddi qanunsuz” keçmə maddəsi ilə “mühakimə” etməsi absurddur. Söhbət hansı sərhəddən gedir? Kəlbəcər Azərbaycan ərazisidir”.

Gülşən RAUFQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı