Modern.az

Arif Hacılı Vurğun Əyyubun dairəsinə gəldi

Arif Hacılı Vurğun Əyyubun dairəsinə gəldi

Təhsil

8 Sentyabr 2010, 18:23

Vurğun Əyyub seçkilərə qatılmaqlan imtina edib

  

AXCP - Müsavat arasında vahid siyahının müzakirələrində blokun siyahısından kənarda qalmış Müsavat Partiyasının başqan müavini Arif Hacılının namizəd olacağı dairə bəlli olub. A.Hacılı namizədliyini 30 saylı Suraxanı birinci seçki dairəsindən verəcək. Həmin dairədən AXCP-Müsavatin vahid namizəd siyahısında namizədliyi irəli sürülmüş  Vurğun Əyyub Türkiyəyə işləməyə getmək qərarna gəlib və seçkilərdə iştirak etməyəcək. Bu barədə Modern.az-a AXCP-Müsavat seçki blokundan məlumat veriblər. A.Hacılının özü Modern.az saytına deyib ki, V.Əyyub hazırda Türkiyədədir və dünən zəng edib seçkilərdə iştirak etmək üçün Azərbaycana gələ bilməyəcəyini bildirib: "Mənə

30 saylı Suraxanı birinci seçki dairəsindən namizəd olmaq təklifləri gəlib. Amma mən qəti qərar verməmişəm". Əməkdaşımızla söhbət zamanı A.Hacılı 30 saylı Suraxanı birinci seçki dairəsindən namizəd ola biləcəyini mümkün sayıb.

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü