Modern.az

İsrail İranla razılaşmaya etiraz etdi

İsrail İranla razılaşmaya etiraz etdi

Dünya

3 Aprel 2015, 12:39


İsrailin baş naziri Benyamin Netanyahu İranla “altılıq” ölkələrinin nüvə proqramı ilə bağlı İsveçrənin Lozanna şəhərində əldə etdikləri razılaşmanı ölkəsi üçün böyük təhlükə adlandırıb. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İsrailin baş naziri ABŞ prezidenti Barak Obama ilə telefon danışığında deyib.

“İranla əldə edilən razılaşma İsarilin mövcudluğuna təhlükədir. İsrail bu razılaşmaya etiraz edir. Razılaşma İranın nüvə silahını yaratması yolunda əngəl yaratmayacaq, əksinə dəhşətli müharibənin başlanması yolundakı işini asanlaşdıracaq”, - deyə Netanyahu Obamaya deyib.

Barak Obama isə İranın ABŞ-ı aldadacağı təqdirdə bütün dünyanın bundan xəbərdar olacağını, ölkəsinin İrandakı nüvə obyektlərini ciddi nəzarət altında saxlayacağını bildirib.

İsrail XİN-i isə İranla razılaşmanı “tarixi səhv” adlandırıb: “Əgər razılaşma elan edilən şərtlər altında əldə edilibsə, bu dünyanı daha təhlükəli yerə çevorəcək tarixi səhvdir”.

İranla “altılıq” ölkələri arasında imzalanan razılığa görə Qərbin neft və bank sektorunda tətbiq etdiyi sanksiyalar ləğv olunacaq. Əvəzində İran nüvənin zənginləşdirilməsini azaldacaq, yeni nüvə obyektləri tikməyəcək və MAQATE nümayəndələrinin həmin obyektləri təftiş etməsinə şərait yaradacaq.

Vüqar İsmayılov 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı