Modern.az

Ərdoğan Roma Papasının fikirlərini sayıqlama adlandırıb

Ərdoğan Roma Papasının fikirlərini sayıqlama adlandırıb

Dünya

14 Aprel 2015, 22:17


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Poma Papası I Fransiskın “erməni soyqırımı” ilə bağlı fikirlərini kəskin şəkildə pisləyib, bunun sayıqlama adlandırıb.
Modern.az Türkiyə KİV-nə istinadən bildirir ki, Ərdoğan deyib: “Siyasətçilər və din xadimləri hər dəfə tarixçilərin vəzifələrini öz üzərinə götürür, onda belə alınır ki, faktlar söyləmək əvəzinə sayıqlayırlar”.

O, növbəti dəfə erməni tərəfini 1915-ci il hadisələri ilə bağlı arxiv sənədlərinin öyrənilməsi üçün iki ölkənin tarixçilərindən ibarət birgə komissiyanın yaradılmasına çağırıb. Ərdoğan bir daha onu da vurğulayıb ki, tarixi hadisələrdən ölkə və millət əleyhinə kampaniya kimi istifadə edilməsinə yol verməyəcək.

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü