Modern.az

Davudoğlu özünə yeni müşavir təyin etdi

Davudoğlu özünə yeni müşavir təyin etdi

Dünya

28 Aprel 2015, 12:02


Türkiyənin baş naziri Əhməd Davudoğlunun yeni baş müşaviri postuna Əbdülqadir Özkan təyin edilib.

Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, xeyli müddət xaricdə media və mədəniyyətlərarası münasibətlər istiqamətində işləyən Əbdülqadir Özkan ingilis dilini mükəmməl bilir. Əbdülqadir Özkan İstanbul Bilgi Universitetinin rabitə fakültəsindən məzun olub.

Təhsil naziri Nabi Avcının şagirdi olan Özkan bir müddət nazirliyin mətbuatla əlaqələr şöbəsində çalışıb. 2014-cü ildən isə təhsil nazirinin müavini vəzifəsinə təyin olunub.

Əhməd Davudoğlunun əvvəlki müşaviri erməni əsilli Etyen Mahçupyanın idi. O, yaşına görə təqaüdə göndərilib.

Sevinc Yasinqızı

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı