Modern.az

Bakı kəndləri Birinci Avropa Oyunları ilə bağlı hazırdı -AÇIQLAMA

Bakı kəndləri Birinci Avropa Oyunları ilə bağlı hazırdı -AÇIQLAMA

Təhsil

18 May 2015, 15:21


“Bakı kəndləri Birinci Avropa Oyunları zamanı Azərbaycana gələcək əcnəbiləri-turistləri, idamançıları səbirsizliklə gözləyir. Bu kəndlərin hər birində bununla bağlı böyük hazırlıq işləri aparılıb. Bütün bunlar həm də ondan xəbər verir ki, Bakı kəndləri də Birinci Avropa Oyunlarını birmənalı şəkildə dəstəkləyir”.

Bu fikirləri Modern.az-a Bakı kəndlərinin Milli Məclisdəki təmsilçisi, qurumun Aqrar siyasət komitəsinin sədr müavini Eldar Quliyev deyib.

Deputat bildirib ki, Bakı kəndləri hər zaman idmanın inkişafının tərəfədarı olublar:

“Birinci Avropa Oyunları isə dünya miqyasında bir idman hadisəsi olmaqla yanaşı,  Azərbaycanın dünya tarixində öz gücünü, inkişafını, milli xüsusiyyətlərini nümayş etdirmək üçün əldə etdiyi böyük şansdır. Bu şans cənab Prezident tərəfindən qazanılıb. Bakı kəndləri də bu şansdan mütləq şəkildə yararlanacaqlar. Azərbaycana gələcək əcnəbi turistlər Bakı kəndlərinə təşrif buyuracaqlarsa, qonqpərvərliklə qarşılanacaqlar. Bakı kəndlərinin tarixi, mətbəxi, milli xüsusiyyərləri, ailə məsələləri onlara çatdırılacaq. Hazırda Azərbaycan Prezidenti və birinci xanım xalqımızın milli dəyərlərinin qorunması istiqamətində böyük işlər həyata keçirirlər. Hesab edirik ki, hər birimiz bu istiqamətdə ölkə rəhbərliyinin qarşıya qoyduğu məqsədlərə nail olmaqda əlimizdən gələni etməliyik. Bakı kəndləri yekdilliklə buna hazırdır. Bizim üçün çox xoş olar ki, tariximizdən kinolar, mətbuat vasitəsi məlumat alan əcnəbilər bu tarixi öz gözləri ilə görsünlər. Bütün əlaqədar dövlət qurumları bu məsələyə ciddi hazırlıq görüb. Bir sözlə, biz səbirsizliklə öz qonaqpərvərliyimizi, tariximizi, mədəniyyətimiz, milli xüsusiyyətlərimizi, dəyərlərimizi əcnəbilərə çatdırmağa hazırıq. Bakı kəndlərində olan abidələrin tarixi çox qədimə gedir. Əminəm ki, Bakı kəndləri yaxşı mənada əcnəbiləri heyrətləndirəcəklər”.

E.Quliyev qeyd edib ki, son zamanlar Birinci Avropa Oyunlarına qarşı həm xaricdə, həm da daxildə müəyyən qüvvələr qarayaxma kampaniyası aparırılar: “Onların istəkləri gözlərində qalacaq. Azərbaycan Birinci Avropa Oyunları ilə dünya çapında öz sözünü deyəcək. Birmənalı şəkildə demək olar ki, Birinci Avropa Oyunları ərəfəsində Azərbaycana qarşı qarayaxma kampaniyası aparanlar Azərbaycanı istəməyən qüvvələr, ermənilər və onların tərəfdaşlarıdır”.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır