Modern.az

Nyu-Yorkda Bakı 2015 stendi – FOTO

Nyu-Yorkda Bakı 2015 stendi – FOTO

18 May 2015, 16:02


ABŞ-ın Nyu-York şəhərində keçirilən ənənəvi 34-cü Türk Günü Yürüşündə Bakı 2015 İlk Avropa Oyunları təbliğ olunub. Nyu-Yorkun Mahnetten səmtində minlərlə insanın iştirakı ilə baş tutan yürüşdə Azərbaycan diasporu Bakı 2015 Birinci Avropa Oyunlarını Nyu-York sakinlərinə və şəhərin qonaqlarına təqdim edib. Belə ki, Oyunların loqosu əks olunmuş mobil stend yürüş boyu bir neçə saat ərzində şəhərin mərkəzi prospekti ilə hərəkət etdirilib.

Diasporla iş üzrə Dövlət Komitəsindən Modern.az saytına verilən məlumatda bildirilib ki, 34-cü Türk Günü Yürüşünə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Ramil Həsənov, Türkiyənin Birləşmiş Millətlər Təşkilatındakı daimi nümayəndəsi Halit Çevik və bu ölkənin Nyu-Yorkdakı Baş konsulu Ertan Yalçın, o cümlədən Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistandan olan nümayəndələr qatılıb.

Yürüşdə türkdilli xalqların diaspor təşkilatları, o cümlədən Azərbaycan Nyu-York Assosiasiyası fəal iştirak edib. Yürüşə əsasən milli geyimdə qatılan diaspor fəalları əllərində Azərbaycan, Türkiyə, ABŞ bayraqları və Ermənistanın Azərbaycana təcavüzünü əks etdirən şüalarla yürüş ediblər.

Türk Günü Yürüşündə türk milli rəqs qrupları və musiqiçiləri maraqlı çıxışlar edib.

Qeyd edək ki, hər il Türk Günü Yürüşünə qatılmaq üçün ABŞ-ın müxtəlif ştatlarında yaşayan türkdilli xalqların minlərlə nümayəndəsi Nyu-York şəhərinə gəlir.

Gülşən RAUFQIZI 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü