Modern.az

Bələdiyyə başqanı Qənirə Paşayevanın Xocalı təklifini həyata keçirəcək – FOTO

Bələdiyyə başqanı Qənirə Paşayevanın Xocalı təklifini həyata keçirəcək – FOTO

19 May 2015, 16:24


Millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva Battalqazi bələdiyyəsinin başqanı Selahattin Gürkan ilə görüşüb.

Gorüşdə Azərbaycan  ilə  Türkiyənin bəzi  şəhərlərinin və bələdiyyələrinin qardaş şəhərlər  və  bələdiyyələr olduğunu bildirərək Battalqazinin  də  Azərbaycan bölgələrindən  biri  ilə qardaş olaraq görmək istədiklərini  bildirən millət vəkili Qənirə Paşayeva bələdiyyə başqanı ilə Dağlıq Qarabağ problemi, Xocalı Soyqırımı, qondarma erməni soyqırımı ilə bağlı  da fikir mübadiləsi aparıb.

Millət vəkili yaxın zamanlarda Battalqazinin  mərkəzi  parklarından birinə Qarabağ adının veriləcəyinə, Xocalı Soyqırımı abidəsinin qoyulacağına inandığını deyib və Battalqazi  bələdiyyəsi tərəfindən bu cür addımın atılmasının böyük əhəmiyyətindən, vacibliyindən danışıb. 

Azərbaycanı sevdiyini deyən Battalqazi bələdiyyəsinin başqanı Selahattin Gürkan Türkiyənin  və Azərbaycanın bir millət iki dövlət olduğunu vurğulayaraq  Battalqazi bələdiyyəsinə rəhbərliyi dövründə  Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın inkişafına xüsusi önəm və diqqət edəcəyini deyərək qardaş bələdiyyələr məsələsi ilə də bağlı addımlar atılacağını deyib. 

Qarabağ problemi,  Xocalı ağrısı hər zaman  bizim də problemimiz və ağrımızdır deyən Battalqazi bələdiyyəsinin başqanı Selahattin Gürkan hər zaman qardaş Azərbaycanın yanındayıq deyib və millət vəkili Qənirə Paşayevanın  Battalqazidə Qarabağ adını daşıyan parkın olması təklifini müsbət qiymətləndirdiyini deyərək yaxın zamanlarda bu təklifin reallaşacağını deyib. Millət vəkili Qənirə Paşayevaya sizi hər zaman Battalqazidə görməkdən çox şadıq deyib.

Bələdiyyə başqanına müəllifi olduğu “Qənirə Paşayeva ilə addım-addım Türk dünyası” kitabı barədə danışan Qənirə Paşayeva kitabın  növbəti hissəsələrində Battalqazinin də yer ayrılacağını bildirib və Azərbaycan insanına Battalqazi də daha da geniş tanıdacaq bu hədiyyə mənim bu qədim bölgəmizə sevgimi də göstərəcək deyib. 

Millət vəkili  Battalqazi bələdiyyəsinin başqanı Selahattin Gürkan və xanımını  Azərbaycanda görməkdən məmnun olacaqlarını bildirərək onları ölkəmizə  dəvət edib.

Dəvəti məmnuniyyətlə  qəbul edən Battalqazi bələdiyyəsinin başqanı Selahattin Gürkan  Azərbaycana məmnuniyyətlə səfər etmək və əməkdaşlığı daha da genişləndirmək istədiklərini deyib. 

Görüşün sonunda millət vəkili Qənirə Paşayeva  Battalqazi bələdiyyəsinin başqanı Selahattin Gürkana həmmüəllifi olduğu “Hocalı soykırımı tanıkların dilindən” kitabını, rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB tərəfindən hazırlanan “Azərbaycan həqiqətləri” filmləri kataloqunu, Azərbaycan tarixi, mədəniyyəti, Qarabağ həqiqətlərini özündə əks etdirən kitablar, filmlər hədiyyə edib.

O da millət vəkilinə Battalqazinin tarixi, mədəniyyəti ilə bağlı kitablar, materialları hədiyyə edib.Görüşdə Azərbaycanın bir sıra ziyalıları, yazarları, şairləri və Malatyada təhsil alan tələbə cəmiyyətinin rəhbərləri də iştirak edib və fikir və düşüncələrini bildiriblər və geniş fikir mübadiləsi aparılıb. 

Modern.az

   
Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü