Modern.az

Yanğın faciəsi ilə bağlı Dövlət Komissiyası yaradıldı

Yanğın faciəsi ilə bağlı Dövlət Komissiyası yaradıldı

Təhsil

19 May 2015, 18:11

 

Modern.az xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev Bakı şəhəri Binəqədi rayonu ərazisində çoxmərtəbəli binada baş vermiş yanğınla əlaqədar Dövlət Komissiyasının yaradılması haqqında sərəncam imzalayıb.
Sərəncamla aşağıdakı tərkibdə Dövlət Komissiyası yaradılıb:

Komissiyanın sədri:

Abid Şərifov - Azərbaycan Respublikasının Baş nazirinin müavini

Komissiyanın üzvləri:

Ramil Usubov - Azərbaycan Respublikasının daxili işlər naziri

Kəmaləddin Heydərov - Azərbaycan Respublikasının fövqəladə hallar naziri

Zakir Qaralov - Azərbaycan Respublikasının Baş prokuroru

Eldar Mahmudov - Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri

Oqtay Şirəliyev - Azərbaycan Respublikasının səhiyyə naziri

Samir Şərifov - Azərbaycan Respublikasının maliyyə naziri

Səlim Müslümov - Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri

Hacıbala Abutalıbov - Bakı şəhər İcra Hakimiyyətinin başçısı

Prezidentin tapşırığına əsasən Dövlət Komissiyası aşağıdakı işləri görməlidir:

- hadisənin baş verməsi səbəblərini və şəraitini araşdıraraq onun nəticələrinin aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər müəyyənləşdirməli və həyata keçirməlidir;

- baş vermiş yanğın nəticəsində zərər çəkənlərin əmlakına dəymiş ziyanın 15 gün müddətində hesablanmasını təmin etməlidir;

- hadisə nəticəsində zərər çəkənlərə və həlak olanların ailə üzvlərinə maddi və digər zəruri yardım göstərilməsini təmin etməlidir;

- yanğın nəticəsində xəsarət alanların müalicəsini təmin etməlidir;

- yaşayış binasının istifadəyə yararlılıq vəziyyətini araşdırsın və onun sakinlərinin müvəqqəti yerləşdirilməsi ilə bağlı zəruri tədbirləri həyata keçirməlidir;

- görülmüş işlər haqqında mütəmadi məlumat verməlidir.

Azərbaycan Respublikası Baş Prokurorluğu, Daxili İşlər və Fövqəladə Hallar nazirlikləri ilə birlikdə baş vermiş yanğın hadisəsinin səbəblərinin araşdırılmalı və təqsirkar şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi üçün təxirəsalınmaz istintaq tədbirlərini həyata keçirməlidir.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü