Modern.az

Ermənistanda qubernatora sui-qəsd edildi

Ermənistanda qubernatora sui-qəsd edildi

20 May 2015, 21:40


Ermənistanın Syunik vilayətinin qubernatoru Surik Xaçatryana sui-qəsd edilib. Modern.az-ın Ermənistan KİV-nə istinadən verdiyi xəbərə görə, Gorus-Qafan yolunda qubernatorun maşını atəşə tutulub. Qubernatorun müşaviri Zarzand Nikoqosyanın sözlərinə görə, hadisə zamanı xəsarət alan olmayıb. O, atəşin kimlər tərəfindən açıldığı haqda məlumatı olmadığını bildirib.

Digər məlumata görə, insident zamanı xəsarət alan olub.

Bu Xaçatryanın ailəsi ilə bağlı ilk qalmaqallı hadisə deyil. Surik Xaçatryan onun evinin yaxınlığında Avetik Budaqyannın öldürülməsindən sonra qubernator postunu tərk etmişdi. Ancaq Syunik vilayəti sakinlərinin etirazından sonra Surik Xaçatryan vəzifəsinə geri qaytarılmışdı.

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü