Modern.az

Bakıda yeniyetmə məhkumlar şəhərə gəzintiyə çıxarıldılar

Bakıda yeniyetmə məhkumlar şəhərə gəzintiyə çıxarıldılar

Təhsil

21 May 2015, 10:40


Bakıda tərbiyə müəssisəsində nümunəvi davranışı ilə seçilən yetkinlik yaşına çatmayan məhkumlar xidmət əməkdaşlarının müşayiəti ilə müəssisənin hüdudlarından kənarda gəzintiyə çıxarılıblar.

Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, yeniyetmələr – Əliyev Rəşad, Allahverdiyev Həsən və Qəhrəmanov Əli müəssisə əməkdaşlarının müşayiəti ilə gəzintidən əvvəl Fəxri Xiyabanda Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət ediblər.

Daha sonra tərbiyə olunan yeniyetmələr Azərbaycan Milli Xalça Muzeyinə baş çəkib, “Park Bulvar” istirahət və əyləncə mərkəzində olublar.

Tərbiyə müəssisəsinə qayıdan məhkumlar onlara yaradılmış bu imkana görə Ədliyyə Nazirliyinin rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır