Modern.az

Diktatorların ölümqabağı sözləri: “Məndən sonra sizi kor pişik balaları kimi boğacaqlar” - MARAQLI

Diktatorların ölümqabağı sözləri: “Məndən sonra sizi kor pişik balaları kimi boğacaqlar” - MARAQLI

Dünya

3 İyun 2015, 00:18


İdarə etdikləri ölkələrə (imperiyalara, krallıqlara) qan udduran və minlərlə insanın ölümünə səbəb olan diktatorların özlərinin necə ölməsi və bu zaman dedikləri son sözlər maraqlıdır.

Modern.az dünya qəddarlarının ölərkən dediyi son sözləri təqdim edir:

Mao Tsedun - Çin diktatoru: “Yol nə qədər uzun olarsa olsun, ilk addım atılmalıdır”.

Adolf Hitler - Faşist Almaniyasının lideri: “Cəsədimi rusların əlinə verməyin. Yoxsa cəsədimi Moskvada heykəl qoyarlar”

Muammer Qəddafi  - Liviya lideri: “Mən sizin atanızam övladlarım, məni öldürməyin, haramdır”

Səddam Hüseyin - İraq lideri: “Birlik içində qalın və heç zaman İrana güvənməyin”

Nikolae Çauşeskular – Rumıniyanın kommunist lideri: “Rumıniya əbədi olaraq var olacaq”

İosif Stalin - SSRİ-nin rəhbəri: “Mən öləndən sonra kapitalistlər sizi kor pişik balaları kimi boğacaqlar”

İmperator Neron - Roma imperatoru: “Dünya böyük bir sənətkarı itirmək üzrədir”

Çingiz xan - Monqol İmperatorluğunun banisi: “Mən Tanrının cəzasıyam, əgər çox böyük günah işləməsə idiniz, Tanrı sizə məni yollamazdı”.

Slobadan Miloşeviç – Yuqaslaviyanın serb prezidenti: “Sağ olun, serb qardaşlar”

İdi Amin – Uqanda diktatoru: “Heç vaxt bir güllədən sürətli qaça bilməzsiniz”

Napaleon Bonapart - Fransa imperatoru: “Ölüm heçdir, amma məğlub və şərəfsiz yaşamq əsl ölməkdir”

Mariya Antuanetta - Fransa kraliçası: ”Bağışlayın cənablar, mən bilərəkdən etmədim”

Pol Pot - Kamboca diktatoru: ”Mən onları tək başıma etmədim”

Elmin NURİ

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü