Modern.az

Fransa dövlət katibindən Ermənistana zərbə

Fransa dövlət katibindən Ermənistana zərbə

13 İyul 2015, 15:31

Bu ilin may ayında Fransanın bir sıra bölgə icmaları ilə qondarma “Dağlıq Qarabağ Respublikası” arasında imzalanmış “dostluq sazişlərinə” etirazını bildirmiş senator Natali Qulenin Fransa xarici işlər nazirinə və daxili işlər nazirinə sorğu ünvanlamışdı.
Modern.az saytının məlumatına görə, bu günlərdə Fransa Senatın iclasına qatılan dövlət katibi həmin sorğuya cavab olaraq xanım Natali Quleyə cavab verib.

Xatırladaq ki, bu ilin mayında Fransanın Kolmar şəhəri ilə Azərbaycanın Şəki şəhəri arasında qardaşlaşma sazişi imzalanan zaman qarabağ separatçılarının rəhbəri  Bako Saakyan Fransanın ermənilərin kompakt yaşadığı bölgələrinə səfər etmişdi. Əslində, növbəti dəfə ianə toplamağa yollanan, lakin öz səyahətinə “rəsmi səfər” donu geyindirməyə çalışan Saakyan həmin bölgələrdə yaşayan erməni icmaları ilə qondarma “Dağlıq Qarabağ Respublikası” arasında Fransa qanunlarına və beynəlxalq hüquqa zidd olan “dostluq sazişləri” imzalamışdı.

Aşağıda debatlardan götürülmüş stenoqramın tərcüməsini təqdim edirik.

Fransa Senatının iclası, sədr: « Söz xarici işlər və beynəlxalq inkişaf nazirinə ünvanlanmış 1145 saylı sualın müəllifi xanım Natali Quleyə verilir. 

Natali Qule: « Cənab sədr, cənab dövlət katibi, mənim əziz həmkarlarım, şifahi sualları bir qədər kənara qoymaq istəyirəm. Qafqazdakı dondurulmuş münaqişələr arasında Ermənistan ilə Azərbaycan arasındakı münaqişə bizim dostluq əlaqələri qurduğumuz iki ölkəni üz-üzə qoyub, desəm, cənab sədr, mən təzə bir şey söləmiş olmaram. Bü münaqişə, bildiyiniz kimi, Dağlıq Qarabağ ərazisi ətrafında mübahisədən yaranıb.

Baxın, ötən may ayında qondarma « Dağlıq Qarabağ Respublikası »nın «prezidenti» Fransaya «rəsmi» səfərə gəldi və Drom departamenti və bir sıra icmalarla «dostluq sazişi» imzaladı.

Əlbəttə ki, bu « respublikanı »  Ermənıstan da daxil olmaqla heç bir dövlət tanımayıb. Fransaya gəldikdə isə, o bu dondurulmuş münaqişədə mühüm diplomatik rol oynayır, belə ki, o, illərdən bəri bu münaqişənin həlli yollarını arayan Minsk Qrupunun həmsədrlərindən biridir. Bu sazişlərin imzalanması isə nəinki Fransanın mövqeyinə, həm də beynəlxalq hüquqa ziddir.

Əslində bu sazişlər aşkar bir işğala haqq qazandırmaqdır. Heç təsəvvür edə bilərsinizmi ki, sabah Krım, Abxaziya, Cənubi Osetiya kimi məkanların özü özünü prezident elan etmiş və heç bir dövlətin tanımadığı «rəhbər»ləri gəlir və Fransanın hansısa bir şəhəri ilə dostluq sazişi imzlayır! Bu işlər çox pis nəticələr verə bilər.

Fransa-Qafqaz dostluq qrupunun sədri, həmkarımız Andre Reykart xanım Löbranşu və cənab Fabiusa məktub ilə müraciət etmiş və departament rəhbərlərinin qanunlara və iyerarxiya qaydalarına nəzarət məqsədi ilə durumdan xəbərdar olmasını istəmişdi. Əslində, Ermənistan ilə dostluq sazişlərinin imzalanması tamamilə normaldır, amma işğal edilmiş və beynəlxalq hüququn tanımadığı bir ərazi ilə isə bunu etmək mümkünsüzdur.

Cənab dövlət katibi, beləliklə, mənim sizə sualım: Hökumətin tamamilə qanunsuz olan bu durumla bağlı mövqeyi nədən ibarətdir? »

Sədr: “Söz cənab dövlət katibinə verilir ».

Tyeri Mandon, Milli Təhsil Nazirliyi yanında ali təhsil və araşdırmalar üzrə dövlət katibi :

« Xanım senator, cənab Loran Fabius onun əvəzinə sizin sualınıza tam dəqiqliklə cavab vermək səlahiyyətini mənə həvalə edib. Haqqında bəhs etdiyiniz durumun həm siyasi, həm də hüquqi cəhətdən  mürəkkəbliyini vurğulamaqda haqlısınız. Qeyd etdiyiniz kimi, Fransanın dörd ərazi icması, əhalisinin əksəriyyəti ermənilərdən ibarət olan və Azərbaycandan ayrılmış Dağlıq Qarabağın icmaları ilə «dostluq sazişi» imzalayıb. Bu sazişlər qondarma «Dağlıq Qarabağ Respublikası»nın «prezidenti» Bako Saakyanın bu ilin 18-20 may tarixində Fransaya səfəri zamanı imzalanıb. Sizin də qeyd etdiyiniz kimi, bu münaqişədə Ermənistan və Azərbaycan arasında Minsk Qrupunun həmsədri kimi vasitəçilik edən Fransa heç vaxt Dağlıq Qarabağı nə müstəqil vahid kimi, nə də Ermənistanın tərkib hissəi kimi tanıyıb. Biz Dağlıq Qarabağın müstəqilliyini tanımırıq və bu ərazinin faktiki rəhbərliyi ilə heç bir ikitərəfli əlaqə saxlamırıq.

Adı çəkilən ərazi icmalarının öz təşəbbüsləri ilə atdığı addımın nəticələrinə görə hökumət təəssüf edir. Bu cür «dostluq sazişləri»nin bağlanması Ərazi İcmaları üzrə Ümumi Məcəllənin  L.1115-1 maddəsinə ziddir. Doğrudan da, bu saziş Dağlıq Qarabağın müstəqilliyini tanımayan Fransanın beynəlxalq öhdəliklərinə açıq-aşkar ziddir.

Xarici işlər və beynəlxalq münasibətlər naziri cənab Loran Fabius bu problemə diqqət etməsi üçün daxili işlər nazirinə müraciət ünvanlayıb. Sonuncu həftənin axırında hər iki nazir adı çəkilən prefektura rəhbərlərinə məktub ünvanlayıb və birgə imzaladıqları bu məktubda onlara haqqında söhbət gedən problemlə bağlı qüvvədə olan qaydaları xatırladıblar.

Xanım senator, qeyd etməkdə haqlısınız ki, təəssüflər olsun ki, bu durum dünyanın Krım kimi digər böglələrinin icmaları ilə bağlı da yarana bilər. Odur ki, bu işlə bağlı xarici işlər və beynəlxalq münasibətlər naziri Ron-Alp, Drom, İzer və Val d`Uaz  prefektlərinə məktubla müraciət edib. Xanım senator, əmin ola bilərsiniz ki,  Fransa Minsk Qrupunun həmsədri olaraq Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli yolunu tapmaq üçün bütün gücü ilə çalışmaqda davam edir. Sözümün sonunda bir daha vurğulamaq istəyirəm ki, Fransanın Ermənistanla dərin dostluq əlaqələri Fransanın Minsk Qrupundakı ənənəvi qərəzsiz mövqeyinə xələl gətirməyəcək.

Sədr : « Söz xanım Natali Quleyə verilir ».

Natali Qule : « Təşəkkür edirəm, cənab dövlət katibi, bu cür dəqiq cavaba görə. Bildiyiniz kimi, bir neçə aydan sonra Parisdə Azərbaycan ilə mərkəzləşdirilməmiş əməkdaşlıqla bağlı iclas keçiriləcək. Bu ölkə özü ilə bağlı çoxlu söz-söhbətin yaranmasına səbəb olsa da, qeyd etmək lazımdır ki, o, ciddi dəyişikliklər dövrünü yaşayır. Mütləq şəkildə biz Azərbaycanla bütün əlaqələri genişləndirməliyik : Bu, bu ölkədə demokratiyanın daha da inkişafını asanlaşdırmaq üçün çox vacib bir vasitədir. Unutmayın ki, Qafqaz çox mürəkkəb bir yerdir.

İndicə siz qeyd etdiniz ki, Dağlıq Qarabağ əhalisinin böyük əksəriyyəti ermənilərdən ibarətdir. Əslində isə bu, 1990-cı illərin silahlı münaqişəsindən sonra belə olub.

Biz hökmən öz neytrallığımızı qorumalıyıq. Mən sizə «Fransanın Ermənistanla dərin dostluq əlaqələrinin Fransanın Minsk Qrupundakı ənənəvi qərəzsiz mövqeyinə xələl gətirməyəcəyi » ilə bağlı fikrinizə görə minnətdarlıq edirəm. Hər bir halda, mənim fikrimcə, sizin bu cavabınız bir qədər çətinləşmiş duruma sakitlik gətirməlidir. Unutmayaq ki, Uraldan o tərəflərdə Fransanın təkcə kənd yerlərinin deyil, ümuumilikdə ərazi idarəçiliyinin təşkilini bütün mürəkkəbliyi ilə başa düşmək çox çətindir ».

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü