Modern.az

İranda sel 10 nəfərin ölümünə səbəb oldu

İranda sel 10 nəfərin ölümünə səbəb oldu

Dünya

19 Sentyabr 2015, 22:47

İranda güclü yağış fəlakətə səbəb olub. Modern.az - ın məlumatına görə paytaxt Tehran və ölkənin cənubundakı Hörmüzqan əyalətinə sel gəlib.

İran dövlət televiziyasından verilən məlumata görə, Tehranda 6, Hörmüzqanda isə 4 nəfər dünyasını dəyişib.

Ötən gündən səngiməyən sel fəlakətində 8 nəfər itkin düşüb.

Qeyd edək ki, bu ilin iyul ayında ölkədə baş verən sel fəlakəti zamanı 11 nəfər ölmüşdü.

Modern.az  
Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü