Modern.az

Tallinin meri rüşvətə görə həbs olundu

Tallinin meri rüşvətə görə həbs olundu

Dünya

22 Sentyabr 2015, 17:28


Estoniyanın paytaxtı Tallin şəhəri mersiz qalıb.

Modern.az xarici KİV-ə istinadla xəbər verir ki, mer Edqar Savisaara Estoniya təhlükəsizlik polisi tərəfindən rüşvət almaqda ittiham olunaraq saxlanılıb.

Elan edilən ittihamlara görə 2014 və 2015-ci illərdə Savisaara dəyəri bir neçə yüz minə çatan mülkləri rüşvət olaraq qəbul edib.   Geniş korrupsiya araşdırması çərçivəsində Estoniya paytaxtındakı bir neçə iri şirkət rəhbəri, o cümlədən “Randand Tuulberg” şirkətinin Direktorlar Şurasının rəhbəri Ayvar Tuulberq həbs olunub.

Edqar Savisaara 2007-ci ildən Tallin meri seçilib.

Bu ilin martında yüksək diabet və qan təzyiqi səbəbindən onun sağ ayağı amputasiya olunub.      

Vüqar İsmayılov

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir