Modern.az

“EVEREST” jurnalistlərə təqdim olundu

“EVEREST” jurnalistlərə təqdim olundu

Təhsil

26 Sentyabr 2015, 16:48


Bu gün "Layf” Xeyriyyə İctimai Birliyinin təşkilati dəstəyi, "Qan ver, həyat xilas et!” deviziylə  "28 Cinema”da xeyriyyə gecəsi keçirilib.

Tədbirin keçirilməsində məqsəd cəmiyyətdə könüllü qan donorluğunun təbliği və irsi qan xəstəliklərinə qarşı mübarizəyə ictimaiyyətin diqqətini artırmaqdır. Son illər ölkəmizdə irsi qan xəstəliklərinin qarşısının alınması istiqamətində bir çox qanun layihələri həyata keçirilib. Xüsusilə də, bu sahədə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın irsi qan xəstəliklərindən əziyyət çəkən həmvətənlərimizin müalicəsi istiqamətində gördüyü işlər ilbəil öz bəhrəsini verməkdədir.

Real hadisələrə əsasən ərsəyə gələn "EVEREST” filmi "28 Cinemaya" toplaşan izləyicilərin marağına səbəb olub. Filmin hər səhnəsini diqqətlə izləyən tamaşaçı zaldan xoş təəsüratla ayrılıb.

Qeyd edək ki, xeyriyyə gecəsinin baş sponsoru "Toyota” Baku şirkəti, digər sponsoru "Murov” Ekstremal İdman Klubudur. “Layf” İctimai Birliyi ilə yanaşı, Azərbaycan Kikboksinq Federasiyası da bu gecəyə öz töhfəsini verib. Belə ki, təşkilatçılardan biri də   Azərbaycan Kikboksinq Federasiyasıdır.

Gecənin informasiya dəstəyi  ATV telekanalı və 106 Fm-də yayımlanan "Çox yaşa” proqramıdır

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır