Modern.az

"Cahangir Hacıyev prezident postunda qalır"

"Cahangir Hacıyev prezident postunda qalır"

26 Oktyabr 2015, 15:36


Beynəlxalq Bankın İdarə Heyətinin keçmiş sədri Cahangir Hacıyev vəzifəsindən istefa versə də, onun bir çox səlahiyyətləri hələ də qalmaqdadır. O, Bakı Futbol Federasiyasının prezidentidir, eyni zamanda Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının İcraiyyə Komitəsinin də üzvüdir.

AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr departamentinin rəisi Mikayıl Nərimanoğlu Modern.az-a bildirib ki, Cahangir Hacıyev Bakı Futbol Federasiyasının prezidenti kimi hələ də Regional Futbol Federasiyası təmsilçilyində AFFA-nın İcraiyyə Komitəsində qalır. O qeyd edib ki, İcraiyyə Komitəsi seçkili orqan olduğu üçün bura üzvlər seçki ilə seçilir və seçkilər yalnız gələn il keçiriləcək.

Bakı Futbol Federasiyasının vitse-prezidenti Məzahir Sülemynazadə qeyd edib ki, Cahangir Hacıyev yalnız rəmsi formada BFF-dan istefa verməsi haqqında məlumat yayarsa, o zaman prezidentlik vəzifəsinə yeni seçkilər keçirilə bilər:

“Cahangir Hacıyev Bakı Futbol Federasiyasının prezidenti olaraq qalmaqdadır və bu vəzifəyə yeni seçkilər il yarımdan sonra keçiriləcək. Əgər Cahangir Hacıyev özü istefa verməsi haqqında rəsmi məlumat yayarsa, o zaman yeni seçkilər keçirilə bilər. Nə qədər bu məlumat yayılmayıbdır, seçkilər də yoxdur. Yəni Cahangir Hacıyev hazırda o öz səlahiyyətlərini icra edir”.

Cahangir Hacıyev martın 18-də Beynəlxalq Bankın İdarə Heyətinin sədrliyindən istefa verib. Onun səhhəti ilə əlaqədar vəzifədən istefa verdiyi rəsmi formada bildirilirdi. Amma mətbuat orqanlarında onun Beynəlхalq Bankdakı milyardlarla manat kredit qalmaqalına görə vəzifəsindən uzaqlaşdırıldığı, biznes sahələri əlindən alındığı və hətta onun həbs olunacağı deyilir. Bundan əlavə, onun AFFA-nın qarşıdakı konfransında İcraiyyə Komitəsinin tərkibində təmsil olunmayacağı qeyd edilir.

Aytən ZƏHRA

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?