Hindistanın Çhattisqarh ştatında özəl elektrik stansiyasında qazanın partlaması nəticəsində azı 10 nəfər ölüb, 40 nəfər yaralanıb.
Modern.az Hindistan mediasına istinadla xəbər verir ki, hadisə Sakti rayonunun Sinqhitarai kəndindəki Vedanta elektrik stansiyasında baş verib. İlkin məlumata görə, partlayış elektrik stansiyasının qazan borusunda təxminən işçilər nahar fasiləsində olarkən baş verib.
Partlayışdan dərhal sonra hakimiyyət orqanları xilasetmə işləri aparmaq üçün polislər, yanğınsöndürənlər, təcili yardım və fəlakətlərin idarə olunması bölmələri hadisə yerinə cəmləyib. Bəzi işçilərin partlayış baş verən yerdə qaldığı ehtimal olunur. Yaralılar müalicə üçün yaxınlıqdakı xəstəxanalara aparılıb. Yerli hökumət rəsmilərinin sözlərinə görə, yaralılardan bəzilərinin vəziyyətinin kritikdir.
Qeyd edək ki, Hindistan istehsal müəssisələrində texnogen fəlakətlər tez-tez baş verir. Bunun da əsas səbəbləri təhlükəsizlik standartlarına məhəl qoyulmamasıdır.