Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Praqada Çexiyanın xarici işlər nazirinin müavini Jiri Brodski ilə görüşüb və Cənubi Qafqazda təhlükəsizlik məsələlərini müzakirə ediblər.
Modern.az xəbər verir ki, J. Brodski bu barədə "X" sosial şəbəkə hesabında məlumat bölüşüb.
"Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovu Praqada salamlamaqdan məmnunam", - o bildirib və əlavə edib ki, söhbət zamanı Cənubi Qafqazda təhlükəsizlik müzakirə olunub:
"Həmçinin Çexiya şirkətləri üçün imkanlar, təhsil sektoru və Bakıya birbaşa uçuşlar vasitəsilə turizm sahəsində əməkdaşlığı müzakirə etdik".
Qeyd edək ki, Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov "CNN Prima News"a müsahibə zamanı mühüm məsələlərə toxunub.