2026-cı ilin birinci rübü üzrə Azərbaycanda internet provayderləri ilə bağlı şikayət indeksi və müraciətlərin orta cavablandırılma müddətləri açıqlanıb.
Modern.az xəbər verir ki, bununla bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) tabeliyində İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) hesabat dərc edib.
Hesabatda bildirilib ki, şikayət indeksi ən yüksək olan provayderlər (ilk beşlik) "Eurosel" MMC (7,49), "Sline" MMC (6,49), "Bulud Telecom" MMC (4,63), "Azlink" MMC (4,32), "Megalink" MMC (2,71) olub. Bu şirkətlərdən ilk ikisinin şikayət indeksi yaxşılaşıb, digər üçünün isə pisləşib.
Ortalama cavablandırma müddətinin çox olmasına görə isə, ilk beşlikdə ardıcıl olaraq "Smart Sistemz Technokoji" MMC (23 gün), "Bulud Telecom" MMC (12 gün), "Azqtel" (11 gün), "Uninet" MMC (11 gün), "Megalink" MMC (9 gün) qərarlaşıb.