Qadın futbolçulardan ibarət Azərbaycan millisi 2027-ci il dünya çempionatının seçmə mərhələsində üçüncü oyununu keçirib.
Modern.az xəbər verir ki, C Liqasının 3-cü qrupunda yer alan yığma səfərdə Andorra seçməsi ilə qarşılaşıb.
Andorra la Vella şəhərindəki Milli Stadionda təşkil olunan görüşü Ukraynadan olan hakimlər briqadası idarə edib. Matç Azərbaycan yığmasının 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, Azərbaycan millisi qrupda keçirdiyi əvvəlki 2 oyunda Macarıstana (0:1) uduzub, Şimali Makedoniyanı (2:0) isə məğlub edib. Yığmamız hazırda 6 xalla 2-ci pillədə qərarlaşıb.