Modern.az

Sahibə Qafarova Türkiyəyə getdi - FOTO

Sahibə Qafarova Türkiyəyə getdi - FOTO

Parlament

Bu gün, 17:20

Milli Məclisin sədri Sahibə Qafarova Parlamentlərarası İttifaqın (PAİ-nin) 152-ci Assambleyasında və Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin 5-ci Konfransında iştirak etmək üçün Türkiyənin İstanbul şəhərində işgüzar səfərdədir.

Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

İstanbul Atatürk Beynəlxalq hava limanında spiker Sahibə Qafarovanı Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, Azərbaycanın İstanbul şəhərindəki baş konsulu Nərminə Mustafayeva və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində Milli Məclisin sədri Sahibə Qafarovanın tədbirdə iştirak edən parlament nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşləri nəzərdə tutulub.

Sizə yeni x var
Keçid et
Netanyahu həddini aşdı: Ərdoğana ağır sözlər dedi