Modern.az

Nazir müavini Beynəlxalq Mülki Aviasiya Təşkilatının simpoziumunda - FOTO

Nazir müavini Beynəlxalq Mülki Aviasiya Təşkilatının simpoziumunda - FOTO

Aktual

Bu gün, 17:57

Mərakeş şəhərində Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) 5-ci “Qlobal icra dəstəyi simpoziumu”nun açılış mərasimi olub. “Regional həllər, qlobal faydalar” mövzusunda keçirilən tədbirdə Azərbaycan rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunur.

Bu tədbir “ICAO”nun uzunmüddətli strateji məqsədlərinə nail olmaq, ümumi icra problemlərini aradan qaldırmaq və dayanıqlı aviasiyanı təşviq etmək üçün platforma rolunu oynayır.

Simpozium çərçivəsində 40-dan artıq ölkənin nümayəndələrinin iştirakı ilə nazirlərin dəyirmi masası keçirilib. Həmçinin Ələt Azad İqtisadi Zonasında yerləşən “Silk Way Cargo Village” və Hava Limanı layihəsinin yaşıl sertifikatlaşdırılması məqsədilə “ICAO”nun Ələt Hava Limanı İdarəsinə dəstəyi barədə razılaşma imzalanıb. Həmçinin yüksəksəviyyəli görüşdə üzv dövlətlərin nümayəndələri tərəfindən aviasiyanın davamlı, dayanıqlı inkişafına dair fəaliyyətə çağırış “Call to Action” sənədi qəbul olunub.

Simpozium aprelin 16-dək davam edəcək.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Netanyahu həddini aşdı: Ərdoğana ağır sözlər dedi