“İslam dövləti” terror təşkilatı (İŞİD) Suriyanın Homs şəhərinin qəsəbələrindən birini tutub.
Modern.az saytı xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyi məlumat yayıb.
Məlumata görə İŞİD Homsun Maxin qəsəbəsində Suriya ordusuna məxsus hərbi maşınları partladaraq sözügedən ərazini ələ keçirib. Partlayış nəticəsində Suriya ordusunun 2 əsgəri ilə yanaşı sivil vətəndaşlar da ölüb.O da bildirilib ki, Maxinə qonşu olan Sadad şəhərciyinin xristian sakinləri terrorçuların hücumlarından ehtiyatlanaraq Zeydel şəhərinə qaçıblar.
Aqşin Kərimov