İndoneziyada 700 təyyarə reysi təxirə salınıb.
Modern.az Axar.az-a istinadən xəbər verir ki, indoneziyalı rəsmilər Bali və Lombok hava limanlarında 700 təyyarə reysini təxirə salmağa məcbur olublar. Ətrafı vulkanik kül bürüməsi səbəbindən bu addım atılıb.Barujari vulkanik dağının fəaliyyətə başlamasından dərhal sonra ətrafı kül, lava və isti bürüyüb.
Qeyd edək ki, ötən gün "Virqin" və "Jetstar" hava yolları şirkətləri qeyd edilən hava limanlarına uçuşları ləğv etmişdi.
Modern.az