Modern.az

“Qızıl Qlobus” mükafatının qalibləri elan olundu

 “Qızıl Qlobus” mükafatının qalibləri elan olundu

11 Yanvar 2016, 10:18


Beynəlxalq Kinomətbuatı Assosiyası sayca 73-cü dəfə “Qızıl Qlobus” mükafatının qaliblərini elan edib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, ötən gecə Los Anceles şəhərində baş tutan mərasimin əsas qəhrəmanı Alexandro Qonzalez İnyarittunun “Sağ qalmış” filmi olub.   Meksikalı rejissorun filmi “İlin ən yaxşı dramatik filmi”, “İlin ən yaxşı rejissor işi” və filmdə baş rolu ifa edən Leonardo Di Kaprio “İlin ən yaxşı aktyoru” nominasiyalarında qalib olub.  

“Ən yaxşı dramatik aktrisa” nominasiyasında Bri Larson (Otaq), ən yaxşı komediya yaxud müzikl nominasiyasında “Marslı”, ən yaxşı komediya aktyoru nominasiyasında Mett Deymon və ən yaxşı komediya aktrisası nominasyasında isə Cennifer Lourens (Coy) qalib olub.  

Hesab olunur ki, “Qızıl Qlobus” mükafatı “Oskar”dan sonra ikinci ən nüfuzlu kino mükafatı hesab olunur.    

Vüqar İsmayılov    

 
Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü