Modern.az

Kunq-funun “tacsız kralı”: Brüs Linin 70 yaşı tamam oldu

Kunq-funun “tacsız kralı”: Brüs Linin 70 yaşı tamam oldu

Təhsil

27 Noyabr 2010, 16:58

 

 

 


27 noyabrr tarixi əlbəyaxa döyüş növü kunq-funun “tacsız kralı” adlandırılan Brüs Linin 70 yaşı tamam olur. Dünya şöhrətli karateçi-aktyorun filmləri Azərbaycana 80-ci illərin sonlarından gəlməyə başladı. Videonun qadağan olunduğu SSRİ-də gəmilərdə işləyən sovet matrosları xaricdən gizli şəkildə onun filmlərinin videokassetini gətirərdilər. Qapalı mənzillərdə gizli şəkildə baxılan bu filmlər o zamankı yeniyətmələrin həyatında dərin iz buraxmışdı. Məhz Brüs Linin sayəsində 80-ci illərin sonunda Azərbaycanda “karate bumu” başladı.

Bu gün onun düz 70 yaşı tamam olur. Modern.az Brüs Linin həyat yolunu sizə təqdim edir.

Brüs Li 27 noyabr 1940-ci ildə ABŞ-ın San-Fransisko şəhərində çinli mühacir ailsəində doğulub. Əsl adı Lee Jun Fen Kantonca olan bu aktyorun filmləri dünya döyüş sənətində ciddi iz qoyub. Çin operasında aktyor olan atası və anası Brüs Li doğulan zaman ABŞ-da qastrolda imişlər. O, 6 yaşından kunq-funu öyrənməyə başlayıb. 1954-cü ildə məşhur kunq-fu ustası Sifu Yip Manının şagirdi olaraq Ving Chun sistemini öyrənməyə qərar verib.

Tez-tez qarışdığı küçə döyüşlərindən qazandığı qalmaqallı şöhrət Brüsü qane etmir. O, Amerika Birləşmiş Ştatlarına gedir və burada Vaşinqton Universitetinin Fəlsəfə fakültəsinə daxil olur. Ali məktəbdə oxuduğu zaman amerikalılara Çin mədəniyyətinin zənginliyini izah etmək üçün o günə qədər çinlilərdən başqasına öyrədilməsi qadağan olan olan kung-fu dərsləri verməyə başlayır. Bu məqsədlə öz adını daşıyan JUN FEN KUNG FU adında bir məktəb açır. Bu idman məktəbi 1963-cü ilə qədər fəaliyyət göstərdi. Amerikalı Linda Emery ilə evlənən Brüs Li sonra Oaklandda ikinci məktəbini açdı..

İlk tammetrajlı filmi çinli prodüser Raymond Çounun çəkdiyi “Böyük Boss” filmi olur. Film  Honq-Konq və cənub-şərq Asiya bölgəsində indiyə qədər olmuş bütün kassa rekordlarını alt-üst edir. Bundan sonra Brüs-Li “Qəzəbli yumruq” filminə çəkilir.  Bu filmərdə Linin özünün xüsusi stilini də görmək mümkündür. Hong Kong film sənayendə döyüş filmləri üçün Brüs Li  Hollivud təcrübəsi ilə fövqəladə xoreoqrafiyası ilə  yeni bir ölçü gətirir. O, çəkilən filmin gözəl olması üçün döyüş səhnələrinin xoreoqrafiyası üzərində gecə-gündüz çalışırdı. Hərəkətli səhnələr üçün çəkilişlər edir, yüksək təpiklərdən istifadə edir, Escriamanın (silahlı döyüş sənəti) Nunchaku, Bo, Kali, bıçaqlar və kiçik Çin oxları kimi bütün silahlarını istifadə edərək döyüş səhnəsini fövqəladə artistlik fiqurlarla rövnəqləndirirdi. Brüc Li keyfiyyəti ilə Kunq-fu kino sektoruna yeni bir ölçü qazandırdı.

Brüs Linin üçüncü filmi Way of The Dragon (“Əjdahanın yolu”) olur. Bu filmdə Linin tərəf müqabili Amerikada yeddi dəfə karate çempionu olmuş, əfsanəvi Çak Norrisi görürük. Filmin final mübarizəsində isə sanki karate və kunq-funun üstünlük mübarizəsi sərgilənir. Brüs Linin hər filmində bir başqasına nəzərən yeniliklər gözə dəyməkdədir. Onu zirvəyə yüksəldən film isə, Dan İnosantio və Kərim Abdul Cabbar ilə çəkildiyi “Ölüm oyunu” oldu

Amerika filmlərində baş rol oynamağı çox istəyən ancaq bunu bacara bilməyən Li, dördüncü filmini çəkərkən amerikalı prodüserlərdən baş rol oynayacağı bir film təklifi gəlir. Bununla bağlı Brüs “Ölüm oyunu” filmini yarıda saxlayaraq, Çin-Amerika ortaq istehsalı olan”Əjdahaya giriş” filmini çəkir. Amerika kinosunda və Asiya film sənayesində super ulduzluğa yüksələn Li “Ölüm oyunu” adlı filmini tamamlamadan vəfat edib.

Brüs Li  cəmi 4 şagirdinə “Jeet Kune Do” müəllimi olma icazəsi verib. Bunlar Teyk Kimura, Ceyms Cimmi Li, Dan İnosanto və Ted Vongdur.

Brüs Linin öləcəyi heç kimin ağlına gəlmirdi. Belə ki, “Ölümlə oyun ” adlı filmini bitirmək üçün prodüseri Raymond Çou ilə görüşür. Raymond günortadan sonra axşam yenidən görüşmək fikri  ilə onlardan ayrılır. Başağrısından şikayət edən Brüsa özünün də istifadə etdiyi bir aspirin qarışığı olan “Equogesic” verir. Ondan sonra Brüs uzanmaq üçün yataq otağına gedir. Raymond geri qayıdanda yatmış Brüsi oyatmaq istəyir. Amma... Məlim olur ki, karate kralı ölüb. Təcili yardım gələndə artıq gec olur.

Brüs Linin ölüm xəbəri bomba kimi partlayır. Küçələrə çıxan xalq polis barrikadalarını dağıdaraq dəfn mərasiminə qoşulur və onu son mənzilə yola salır. Brüs Li ABŞ Sietl əyalətində olan qəbristanlıqda basdırılıb. Onun məzarı hər il minlərlə adam tərəfindən ziyarət edilir. 1993-cü ildə çəkiliş zamanı həlak olan oğlu Brendon Li də atasının yanında dəfn edilib.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır