Modern.az

Rəsmi Tehran Hizbullaha görə “od püskürdü”

Rəsmi Tehran Hizbullaha görə “od püskürdü”

Dünya

2 Mart 2016, 14:21

İran körfəz ölklərinin Livanın Hizbullah təşkilatını terrorçu kimi tanıması ilə bağlı qərarını sərt tənqid edib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, İran xarici işlər nazirinin müavini Mortəzə Sarmadi Fars Körfəzinin Ərəb Ölkələrinin Əməkdaşlıq Təşkilatının müvafiq qərarını məsuliyyətsiz adlandırıb.  

“Regiondakı terror təşkilatları hamıya məlumdur. Hamıya o da məlumdur ki, Hizbullah İsrailə qarşı dirənən təşkilatdır.

Onun terrorçu təşkilat kimi tanınması müqavimət hərəkatına qarşı yönələn kampaniyanın bir hissəsidir və İsrailin maraqlarına xidmət edir”.

Vüqar İsmayılov

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü