Modern.az

Putinin reytinqi 4 ilin rekordunu vurdu

Putinin reytinqi 4 ilin rekordunu vurdu

Dünya

3 Mart 2016, 13:28

Ümumrusiya İctimai Fikrin Öyrənilməsi Mərkəzi Vladimir Putinin populyarlığı ilə bağlı növbəti reytinqini açıqlayıb.

Modern.az təşkilatın saytına istinadən xəbər verir ki, rəyi soruşulanmların 74%-i deyib ki, əgər 2018-ci il prezident seçkiləri bu gün keçirilsəydi, Putinə səs verməyə hazır olarlar. Bu, son 4 ilin ən yüksək nəticəsi sayılır.

Sorğu prezidentin öz seçkiqabağı vədlərini yerinə yetirdiyini düşünən respondentlərin sayının 37%, əksini düşənənlərin sayının isə 47% olduğunu ortaya qoyub.

Putinə səs verməyəcəyini deyənlərn sayı 15%, qərarsızların sayı isə 11% olub.

Vüqar İsmayılov  

Whatsapp
Bizə yazın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı