Modern.az

Lukaşenkondan maraqlı TƏKLİF: “Kişi 60 yaşında ayğırdı və onu çapmaq olar”

Lukaşenkondan maraqlı TƏKLİF:  “Kişi 60 yaşında ayğırdı və onu çapmaq olar”

10 Mart 2016, 16:41

Belarus prezidenti Aleksandr Lukaşenko ölkədə pensiya yaşının artırılması ilə bağlı müzakirələrə qoşulub.

Modern.az Belarus mətbuatına istinadən xəbər verir ki, prezident yaş artırılması üçün əhalinin bütün qruplarının spesifikasının nəzərə alınmalı olduğunu deyib.  

“Hər şeyi nəzərə almalıyıq: kişilərin və qadınların orta yaşam müddətini, kənd və şəhər yerinin spesifikasını, müxtəlif sahələrdəki əmək sferalarını və s.  

“Buna görə 55-60 yaş norma yaş sayılmalıdır. 55 yaşlı qadına deyin ki, siz qoca qocasınız yaxud pensiyaçısınız! Əmin olun, inciyəcək! Onda biz təklif edirik ki, əgər qoca qarı və pensiyaçı deyilsənsə, gəl işlə, o saat başqa fikirlər səslənir. Eyni şeyi kişilər haqda da demək olar.

Onlar üzdə incimirlər amma içlərində pis olurlar. 60 yaşlı kişi ayğır atdı və onu həm çapmaq olar, həm də  arxasına 1 yox, 3 xış qoşmaq olar”.  

Aleksandr Lukaşenko əhalinin pensiya yaşının qaldırılmasına etirazının olduğunu anlasa da, iqtisadi qənaət baxımından hökumətin bununla bağlı yəklif etdiyi qanunu təsdiqləməli olduğunu deyib.  

Vüqar İsmayılov 

 
Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü