Azərbaycanla Litva arasında 45 sənəd mövcuddur və hazırda 7 sənəd üzərində iş aparılır.
Modern.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Litvanın xarici işlər naziri Kestutis Budrislə birgə mətbuat konfransında çıxışı zamanı deyib.
“Ölkələr arasında münasibətlərin aspektlərini müzakirə etdik. Regional və beynəlxalq məsələlər ətrafında da fikir mübadiləsi apardıq. İki lider arasında siyasi dialoq intensiv olub. Avropa Siyasi Dublində də iki lider arasında da görüş baş tutub. Bu ilin yayında Vilnüsdə görüşümüz baş tutub. İki ölkə arasında növnəti tarix an kimi qəbul edilə bilər. 2007-ci ildə münasibətlərlə bağlı çərçivə sənəd imzalanmışdı. Bu fün isə strateji tərəfdaşlıq imzaladıq. Hazırda müxtəlif sahələri əhatə edən 45 sənəd mövcuddur. Daha 7 sənəd hazırlanmaq üzrədir. Yaxın vaxtlarda həmin sənədlərin də imzalanması gözlınilir”.