Modern.az

İxtisas seçimi zamanı "Mən Bakı Dövləti istəmirəm" deyirdilər

İxtisas seçimi zamanı "Mən Bakı Dövləti istəmirəm" deyirdilər

Təhsil

Bu gün, 10:49

Mələkə Abbaszadənin rektor təyin olunmasından sonra Bakı Dövlət Universitetində yeniliklər gözlənilir.

Modern.az xəbər verir ki, təhsil eksperti Elmin Nuri  bu barədə AzEdu Podkastda danışıb:

“İxtisas seçimi zamanı 16-17 yaşlı uşaq, yaxud onun valideyni "Mən Bakı Dövləti istəmirəm" deyirdi. Bu, mənə pis təsir eləyirdi. Axı bu, Bakı Dövlət Universitetidir. Hüquqşünaslıq ixtisasını istisna edirəm. Tələbat çox olduğuna görə hüquq həmişə mövqeyini saxlayıb”.

BDU məzunu olan Elmin Nuri tələbə məmnuniyyəti və tədrisdə praktikanın yeri ilə bağlı müşahidələrini də bölüşüb:

“Bəzi özəl universitetlərdəki tələbələrin məmnuniyyəti BDU tələbələrinin məmnuniyyətindən daha çox idi. Mən bunu müşahidə eləmişəm. Bəzi istiqamətlərdə praktika müəyyən qədər zəif idi, nəzəriyyə praktikanı üstələyirdi. Bu, fakültələrə görə dəyişən prosesdir. Amma elə istiqamətlər var ki, orada nəzəriyyə ilə praktikanı balanslaşdırmaq lazım idi”.

“Mələkə Abbaszadənin ora gəlişi bu boşluqların aradan qaldırılması ilə yanaşı, bir çox yeniliklərə də qapı açacaq. Yaxın zamanda BDU-nun əvvəlki mövqeyinə qayıtdığını görə bilərik”, – deyə o əlavə edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan daha bir hiyləgərlik! Bakıyla İrəvana mesaj göndərdi