Azərbaycan və Litvanın xarici işlər nazirləri iki ölkə arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalayıblar.
Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” hesabında məlumat yayılıb.
Bildirilib ki, sənəd Azərbaycan-Litva münasibətlərində mühüm mərhələ olmaqla, siyasi, iqtisadi, ticarət, enerji, nəqliyyat və bağlantı sahələri də daxil olmaqla qarşılıqlı maraq doğuran istiqamətlərdə ikitərəfli əməkdaşlığın gücləndirilməsi və əlaqələrin daha da inkişaf etdirilməsi üçün yeni çərçivə yaradır.
***
11:45
Bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bakıda rəsmi səfərdə olan litvalı həmkarı Kestutis Budrisi qarşılayıb.
Modern.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) sosial media hesabında paylaşım edilib.