Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Parlamentlərarası İttifaqın Qadın Parlamentarilərin Qlobal Konfransında iştirak etmək məqsədilə Serbiyaya işgüzar səfərə gəlib.
Modern.az xəbər verir ki, nümayəndə heyətini Belqrad şəhərində yerləşən Nikola Tesla beynəlxalq hava limanında Serbiya Milli Assambleyasının Serbiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Duşan Mariç, Azərbaycanın Serbiyadakı səfiri Kamil Xasiyev və digər rəsmi şəxslər qarşılayıblar.
Səfər çərçivəsində Parlamentlərarası İttifaqın Qadın Parlamentarilərin Qlobal Konfransında iştirak və bir sıra görüşlərin keçirilməsi nəzərdə tutulur.
