Modern.az

Sahibə Qafarova Türkmənistana işgüzar səfərə gedib

Sahibə Qafarova Türkmənistana işgüzar səfərə gedib

Parlament

Bu gün, 22:45

Noyabrın 18-də Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan parlament nümayəndə heyəti MDB Parlamentlərarası Assambleyasının Şura və 61-ci plenar iclasında iştirak etmək üçün Türkmənistana işgüzar səfərə gedib.

Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin mətbuat xidməti məlumat yayıb.

Türkmənbaşı beynəlxalq hava limanında Milli Məclisin sədrini Türkmənistan Məclisinin Elm, təhsil, mədəniyyət və gənclər siyasəti komitəsinin sədri Bayramgözəl Muradova, MDB PA-nın Baş katibi Dmitri Kobitski, Azərbaycanın Türkmənistandakı səfiri Qismət Gözəlov, Milli Məclisin MDB PA-dakı səlahiyyətli nümayəndəsi Aydın Cəfərov və digər rəsmi şəxslər qarşılayıblar.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! Türkiyəyə uçan Rusiya təyyarəsində bomba həyəcan