Modern.az

Bir deputata neçə nəfər düşür? - Azərbaycan, Ermənistan və Gürcüstanın MÜQAYİSƏSİ

Bir deputata neçə nəfər düşür? - Azərbaycan, Ermənistan və Gürcüstanın MÜQAYİSƏSİ

Parlament

Bu gün, 09:58

Cənubi Qafqaz ölkələrinin parlamentlərində deputatların sayı və əhalinin qanunverici orqanda təmsilçilik səviyyəsi fərqlənir. Regionun üç ölkəsi arasında həm parlamentlərin qanunla müəyyən edilmiş tərkibində, həm də hazırda fəaliyyət göstərən deputatların sayında fərq müşahidə edilir.

Modern.az xəbər verir ki, mövcud məlumatların müqayisəsi əsasında Azərbaycan Milli Məclisində hazırda 124, Ermənistan parlamentində 105, Gürcüstan parlamentində isə 101 deputat fəaliyyət göstərir.

Azərbaycanda Milli Məclisin Konstitusiya ilə müəyyən edilmiş tərkibi 125 deputatdan ibarətdir. Lakin deputat Ramil Həsənin TÜRKPA-nın Baş katibi seçilməsi ilə əlaqədar onun mandatına 2025-ci il oktyabrın 15-də Mərkəzi Seçki Komissiyasının qərarı ilə xitam verilib. Beləliklə, hazırda parlamentdə faktiki olaraq 124 deputat var.

Ermənistan parlamentinin qanunla müəyyən edilmiş tərkibi 105 nəfərdir. 2026-cı ilin iyununda keçirilmiş parlament seçkilərindən sonra formalaşan yeni qanunverici orqanda da 105 deputat təmsil olunur.

Gürcüstan parlamentinin konstitusion tərkibi isə 150 deputatdan ibarətdir. Bununla belə, hazırda parlamentdə 101 deputat fəaliyyət göstərir. Müxalifət nümayəndələrinin mandatlarının ləğvi və sonrakı dəyişikliklər nəticəsində parlamentdəki faktiki deputat sayı azalıb.

Beləliklə, qanunla nəzərdə tutulan deputat yerlərinin sayına görə Gürcüstan 150 yerlə birinci, Azərbaycan 125 yerlə ikinci, Ermənistan isə 105 yerlə üçüncü yerdədir. Faktiki fəaliyyət göstərən deputatların sayına görə isə Azərbaycan 124 nəfərlə birinci, Ermənistan 105 nəfərlə ikinci, Gürcüstan 101 nəfərlə üçüncü yerdə qərarlaşır.

Əhali sayına nisbətdə təmsilçilik

Müqayisənin digər maraqlı tərəfi bir deputatın orta hesabla neçə nəfəri təmsil etməsidir. Dünya Bankının 2025-ci il üzrə əhali göstəriciləri və hazırda fəaliyyət göstərən deputatların sayı əsasında aparılan təxmini hesablamaya görə, Azərbaycanda bir deputatın payına 82,6 min, Ermənistanda 29,4 min, Gürcüstanda isə 39 min nəfərə yaxın sakin düşür. Bu hesablamaya əsasən, əhalinin sayına nisbətdə deputata düşən sakinlərin sayı ən çox Azərbaycandadır. Ermənistan bu göstəricidə Gürcüstanı qabaqlayır.

Sizə yeni x var
Keçid et
Hamının gözü önündə Putini pərt etdilər - ŞOK VİDEO!