Modern.az

Cərimə ödəyəcək tikinti şirkətlərinə tövsiyə: əvvəlcə ağacın yaşını soruşun

Cərimə ödəyəcək tikinti şirkətlərinə tövsiyə: əvvəlcə ağacın yaşını soruşun

Təhsil

4 Mart 2014, 10:06

“Tikinti işləri aparılan yerlərdə yaşıllıq zolağının qorunmasına Bakı şəhəri İcra Hakimiyyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi nəzarət etməlidir”. Bunu Modern.az-a Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komitəsinin sədr müavini Elton Məmmədov deyib. “Bütün bunlarla yanaşı, insanın mənəvi keyfiyyətləri də buna yol verməməlidir. Əlbəttə, bir neçə ağaca görə şəhərin inkişafı ilə bağlı layihələri dayandırmaq da məqsədəuyğun olmaz. Hazırda ağacların dekorativ formada budanmasına tez-tez rast gəlinir. Bunu da bəzən yaşıllığın məhvi kimi qələmə verirlər”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərkibindəki Dövlət Ekspertiza İdarəsinin rəisi Azər Aslanovun sözlərinə görə, yolların genişləndirilməsi, metro stansiyalarının çəkilişi və digər dövlət layihələrində nəzərdə tutulan obyektlərin tikintisi zamanı daim ağacın kəsilməsi, budanması, yaxud başqa əraziyə köçürülməsinə zərurət yaranır. “Bu zaman Ekologiya və Təbii Sərvətlər Nazirliyinə rəsmən müraciətlər olur. İcazəsiz kəsilən ağac kəsənlər isə həmin ağacın yaşına, diametrinə görə cərimələnirlər”.

 

  Gülşən Raufqızı  
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı